“Gaziantep FK”ya hollandiyalı yarımmüdafiəçi

Tarix: 18:46 11.07.2025
“Trendyol Süper Lig” təmsilçilərindən “Gaziantep FK” yarımmüdafiəçi Juninho Bacuna ilə müqavilə imzalayıb.
Klubdan verilən açıqlamada bildirilib ki, son olaraq Səudiyyə Ərəbistanı Liqası komandalarından “Al-Wehda” formasını geyinən 27 yaşlı yarımmüdafiəçi Juninho Bacuna ilə biri opsionlu olmaqla 2+1 illik müqavilə bağlanıb. Açıqlamada, “Juninho Bacuna”ya klubumuza xoş gəlmisən deyir, loqomuz altında uğurlar arzulayırıq", – ifadəsi yer alıb.
Bacunanın klub prezidenti Memik Yılmazın da iştirak etdiyi mərasimdə “qırmızı-qara” rənglərə bağlayan müqaviləyə imza atdığı qeyd olunub.
Mənbə :TRT Haber
Nigar Həsənzadə