Çində süni intellektə əsaslanan ixtiraların sayı 378 minə çatıb
Bölmə: Dünya › ,Tarix: 22:49 30.07.2024
Çində 2023-cü ildə süni intellektə əsaslanan ixtira patentlərinin sayının 378 minə çatdığı açıqlanıb.
Sinxua agentliyinin xəbərinə görə, Çin Milli Əqli Mülkiyyət Administrasiyasının (CNIPA) yüksək səviyyəli rəsmilərindən olan Gı Şu, paytaxt Pekində təşkil edilən mətbuat konfransında mövzu ilə bağlı açıqlama verib.
Gı , Çində süni intellektə əsaslanan ixtira patentlərinin sayının 2023-cü ilin sonuna qədər bir əvvəlki ilə nisbətən yüzdə 40-dan çox artaraq 378 minə çatdığını söylədi. Çinin əsas rəqəmsal iqtisadiyyat sektorlarında təsdiqlənmiş patentlərin sayının 406 minə yüksəldiyini ifadə edən Gı, bunun ölkədəki ümumi ixtira patentlərinin yüzdə 45-ni təşkil etdiyini qeyd etdi. Gı qeyd edib ki, Çində rəqəmsal iqtisadiyyatın əsas sektorları ümumi daxili məhsulun yüzdə 10-unu təşkil edir.
Mənbə: NTV Haber
Zeynəb Mustafazadə