Uduokhai "Beşiktaş"la anlaşıb, növbə Ancelodadır

Bölmə: İdman › ,
Tarix: 14:54 28.08.2024

Alman müdafiəçinin transferini tamamlayan "Beşiktaş"ın gözü braziliyalı sol cinah oyunçusuna çevrilib.

Almaniyanın "Kicker" jurnalı Beşiktaşın icarə haqqı olaraq 500 min avro ödəyəcəyini, mövsüm sonu transfer haqqının alınacağı təqdirdə isə daha 5 milyon avro ödəyəcəyini yazıb. Qartal sol cinah üçün nəzərdə tutduğu Ancelo Qabrielin transferində də son mərhələyə çatıb.

"Beşiktaş" 7-ci transferini edib və ötən bazar gecəsi İstanbula gətirdiyi Feliks Uduokhaini heyətinə qatıb. Ağ-qara klubdan verilən açıqlamada, "Auqsburq klubu ilə Uduokhayın 2024-25 mövsümünün sonuna qədər satınalma opsiyalı müvəqqəti transferi üçün razılıq əldə olunub" deyilir. Açıqlamada futbolçunun qiyməti ilə bağlı heç bir məlumat verilməsə də, Almaniyanın Kicker jurnalı Beşiktaşın kirayə haqqı olaraq Auqsburqa 500 min avro ödəyəcəyini, transfer haqqının ilin sonunda alınacağı təqdirdə əlavə 5 milyon avro veriləcəyini yazıb.Performansdan asılı olaraq bu məbləğ 7,5 milyon avroya qədər ola bilər. Uduokhai transferi dəqiqləşdikdən sonra dünən komanda ilə ilk məşqinə çıxıb.

Feliks Uduokhaidən əvvəl Ciro İmmobile, Rafa Silva, Gabriel Paulista, Cher Ndour, Emirhan Topçu və Can Keleşi heyətinə qatan "Beşiktaş" rəhbərliyi indi diqqətini sol cinah transferinə yönəldib. Qara-ağların bu mövqe üçün düşündükləri ilk ad Angelo Gabrieldir. 19 yaşlı braziliyalı və klubu "Çelsi"nin icarəyə götürülməsi ilə bağlı razılıq əldə olunsa da, baş məşqçi Enzo Mareskanın bu futbolçunun qalıb-qalmaması ilə bağlı hələ qərar verməməsi transfer prosesinin uzanmasına səbəb olub. "Beşiktaş"ın "Çelsi"dən xəbər gözləyən sol cinah namizədləri siyahısında ikinci ad "Benfika"da çıxış edən 31 yaşlı portuqaliyalı Joao Mariodur. Angelonun transferi baş tutmasa, Joao Mario ilə danışıqlar aparılacaq.

Mənbə: Hürriyet
Fatimə Abdulrəhimli