“Cənubi Qafqazda təşkil edilən ya da məcburi toqquşma olacaq”-Erməni ekspertlər
Bölmə: Siyasət › ,Tarix: 20:45 24.12.2024
Azərbaycanlı eksperlər isə Qafqazda yeni müharibə proqnozlarının reallıqdan uzaq olduğunu deyir. Ekspertlər Ermənistanın yeni müharibə üçün gücünün olmadığını vurğulayır.
Mövzu ilə bağlı ‘’informator.az’’a açıqlamasında politoloq Oqtay Qasımov bildirib ki, Paşinyan özü də başa düşür ki, hazırki vəziyyətdə Azərbaycanla hərbi münaqişə etmək Ermənistana ciddi uğur gətirə bilməz, əksinə ciddi itkilərə səbəb ola bilər:
“2025-ci ildə Azərbaycan və Ermənistan arasında geniş miqyaslı hərbi münaqişənin olacağını düşünmürəm. Sadəcə sərhəddə müəyyən lokal xarakterli təxribatlar ola bilər. Bunu zaman-zaman görməkdəyik. Ermənistanın sürətli silahlanmanı həyata keçirdiyi müddətdə onun havadarları Azərbaycan və Ermənistan arasında hansısa qısamüddətli münaqişə istəyə bilər. Ermənistanın hazırda ciddi şəkildə zəifləmiş nüfuzunu yüksəltmək üçün hansısa bir təxribata gedə bilər. Bu 2 məqsədlə ola bilər: Fransa, ABŞ, Hindistan, Yunanıstandan aldığı silahları testdən keçirmək və müəyyən kiçik bir ərazi əldə etməklə uğur hekayəsi yaratmaq və bununla da hakimiyyətin nüfuzunu artırmaq. Yəni belə ehtimallar mümkün variantdır. Düşünmürəm ki, geniş miqyaslı hansısa bir hərəkətlər olsun. Digər ehtimal o ola bilər ki, Ermənistanın silahlanması elə bir hədd ala bilər ki, bu Azərbaycan üçün ciddi təhdidlər yarada bilər, bu zaman Azərbaycan tədbirlər görə bilər. O ki, qaldı Paşinyanın çıxışları və bu çıxışlarıyla əhalini sülhə hazırlamaq niyyətləri təbii ki, Paşinyan 6 ildən çoxdu hakimiyyətdədir və artıq reallıqları bilir. Eyni zamanda Paşinyan özü də başa düşür ki, hazırki vəziyyətdə Azərbaycanla hərbi münaqişə etmək Ermənistana ciddi uğur gətirə bilməz, əksinə, ciddi itkilərə səbəb ola bilər. O həm də silahlanma ilə paralel olaraq, əhalini sülhə hazırlamaq niyyətində ola bilər. Amma burada daha çox hesab edirəm ki, Paşinyanın əsas məqsədi öz hakimiyyətini qorumaq və müxtəlif manipulyasiyalar etməkdir”.
Günel Verdiyeva