Son zamanların TRENDİ: "Korluğa səbəb olur"-RƏY
Bölmə: Sosial › ,Tarix: 19:06 04.09.2024
Göz rəngimiz irisdə, yəni, göz bəbəyində olan piqmentin miqdarı ilə müəyyən edilir. Çox az piqmentli gözlər mavi, orta piqmentasiyalı gözlər isə yaşıl rəngdədir. Gözlərimizin hansı rəngdə olacağı, yəni nə qədər piqment istehsal edəcəyi genetik quruluşumuzla müəyyənləşir. Onlar bizə ana və ata genlərindən ötürülür.
Amma son zamanlar ölkəmizdə və dünyada göz rəngini cərrahi müdaxilələr ilə dəyişmək artıq trendə çevrilib.
Bəs bu göz florasına zərər verə bilərmi?
Mövzu ilə bağlı Oftamoloq həkim Elnarə Məmmədova "informator.az"a açıqlamasında bildirib ki, son zamanlar məhşur simaların marağına çevrilən bu üsul sonda korluğa gətirib çıxarır:
"Katarakta, qlaukomaya belə sebeb olur. Heç kimə məsləhət görmürəm. Pul tələsindən başqa birşey deyil deyə həkim oftamoloq bildirib".
Mehriban Nəsibova