Nəqliyyatda sıxlıq artır: Hansı tədbirlər görülməlidir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:15 16.09.2024
Son günlər yollardakı təmir-bərpa işləri ilə əlaqədar bir çox küçə və prospektlərdə nəqliyyatın sıxlığı artıb və bəzi avtobus marşrutlarının hərəkət sxemində dəyişikliklər olub. Eyni zamanda yeni tədris ili ilə əlaqədar nəqliyyatda sıxlıqlar müşahidə olunur. Bu kimi halların qarşısını almaq üçün hansı tədbirlər görülür?
Bu barədə "İnformator.az"a danışan nəqliyyat eksperti Aslan Əsədov bildirir ki, ölkəmizdə keçiriləcək Beynəlxalq tədbirlərlə əlaqədar olaraq, təmir-tikinti işlərinin aparılması, təmir işlərinin görülməsi müəyyən dərəcədə sıxlığa gətirib çıxara bilər:
"Heç məktəb olmasa belə şəhərdə müəyyən sıxlıqlar yarana bilir. Şəhərin, ümumiyyətlə, küçələrin, yol şəbəkəsinin nizamlanmasında hərəkəti buraxmaq qabiliyyəti daha üstündür. Küçələr geniş olmalıdır, küçələrin mümkün qədər daha çox nəqliyyat axınlarını tənzim edə biləcək tərzdə olmalıdır. Əsas mahiyyət isə küçələri daha çevik hərəkətə buraxmaq üçün müəyyən işlərin görülməsi, addımların atılması daha labiq bir məsələdir. Bu işləri dövlət aparır. Bir neçə hərəkət intensivliyinə malik küçələr də, mexanizmlər qurulacaq. Bunlar əsas şərtlərdən biridir. Bu və digər formada küçə-yol şəbəkəsinin qurulması zəruridir".
Nigar Səmədli