"Nəzəri biliklər universitetin divarları arasında qalır"-RƏY
Bölmə: Sosial › ,Tarix: 21:38 16.09.2024
"Universitetlər nəzəri biliklə bərabər bacarıq əsaslı təhsil verməlidirlər. Çünki nəzəri bilik bazarın tələbini hazırda qarşılamır. Nəzəri biliklər sadəcə kitabda, universitetin divarları arasında qalır".
Bu sözləri "informator.az"a açıqlamasında Təhsil eksperti Qoşqar Məhərrəmov söyləyib.
Ekspert eyni zamanda nəzəri biliklərin önəmindən də bəhs edib:
"Nəzəri biliklərin öyrədilməsidə böyük əhəmiyyət kəsb edir. Ən yaxşı praktika bəlkə də nəzəriyyədir. Ancaq sadəcə nəzəriyyə ilə qalınmamalıdır. Yəni nəzəriyyə də praktika qədər vacibdir. Bundan əlavə olaraq həmdə şagirdlərə, tələbələrə yumşaq bacarıqlar öyrədilməlidir. Bazarın ehtiyacı olan dil, kompüter bacarıqları və s. öyrədilməlidir. Yumşaq bacarıq dedikdə yəni, liderlik, zamanın idarə olunması, kommunikasiya, komanda işi nəzərdə tutulur. Bu bacarıqlar onlara öyrədilmədən bütün nəzəriyyələri ən yaxşı formada bilsələr belə əmək bazarında düzgün yer tuta bilməyəcəklər".
Qoşqar Məhərrəmovun sözlərinə görə, tələbələr üçün müəyyən klublar, fəaliyyət sahələri yaradılmalıdır:
"Bu barədə universitetlərdə kariyera mərkəzi qurulmalıdır. Tələbələrin sosial fəaliyyətini daha yaxşı, daha effektiv keçirməyi üçün xüsusi sosial mərkəzləri qurulmalıdır. Belə tələbə klubların qurulmağı üçün şərait yaradılmalıdır. Ancaq belə olduqda universitetlərdə tələbələr çoxcəhətli yetişə bilər. Əks halda sadəcə bir spesifik sahə üzrə mütəxəssisləşə bilər. Buna görə də gələcəyin əmək bazarında özlərinə yer tapa bilməyəcəklər".
Fatimə Abdulrəhimli