Ermənistanın silahlandırılmasında  əsas məqsəd nədir?-ŞƏRH

Bölmə: Siyasət › ,
Tarix: 22:30 16.09.2024

"The Print" nəşrinin məlumatına görə, Ermənistan Hindistan raketlərinin, o cümlədən, yerli "Astra"reketlərinin alınması, həmçinin  özünün "Su-30" təyyarələrinin mümkün təkmilləşdirilməsi ilə bağlı Hindistana müraciət edib. Müdafiə qurumundakı mənbələr bildirib ki, danışıqlar davam edir və hələ ilkin mərhələdədir.
Qeyd edilib ki, Erməmsitana öz hərbi hava qüvvələrini  modernləşdirməyə çalışır və Hindistandan silah-sursat istəyir.

Ermənistanın silahlanması nədən xəbər verir?

Mövzunu "İnformator.az"a şərh edən politoloq Oqtay Qasımov bildirib ki, Ermənistanın silahlanması konkret məqsədə xidmət edir:

"Ermənistan hazırda sülh prossesindən yayılır və Ermənsitanı buna təhrik edən dövlətlər var ki, söhbət Qərb dairələri, ABŞ, Avropa İttifaqı, Fransa, İran və digər ölkələrdən gedir. Onların məqsədi planlıdır və sülh prossesini uzatmağa çalışırlar. Eləcə də Ermənistanı hərbi-texniki avadanlıqlarla təchiz edirlər. Təxminən 2 milyard dollara yaxın silah- sursatı  bu dövlətlər Ermənistana satır ki, bunun əhəmiyyətli hissəsi Hindistanın payına düşür. Həmçinin Yunanıstan bu siyahıda rəhbərlik edir. Bu yaxınlarda ABŞ da 2 təyyarə silah-sursat göndərdi. Məqsəd isə anti-terror əməliyyatı zamanı Ermənsitanın itirdiyi itkilərin yerini doldurmaqdır. Buna görə isə 5 ilə yaxın zaman lazımdır".

Şərhçinin sözlərinə görə, bu il aprelin 5-də Aİ, ABŞ və Amerika 3-lüsünün Brüsseldə keçirilən görüşməsində memorandum imzalanmasının əsas səbəbi Ermənistanın hərbi gücünün artırılması oldu:

"Sülh danışıqında prossesi uzatmasının əsas tərəfi bundan ibarətdir. Bu da təhlükə yaradır. Hindistan burda Ermənistanın silah tədarükçüsü rolunda çıxış edir.
Azərbaycana qarşı bu davam edəcək və Hindistanın özünündə burda maraqları var. Hindistan özü də Cənubi Qafqaza yerləşmək və Pakistanın müttəfiqi olan Azərbaycanı təzyiq altında saxlamağa çalışır. Bu işdə ona İranda yardım edir.
Azərbaycan isə bu prossesləri ciddi şəkildə müşahidə etməkdədir. Azərbaycan prezidentinin dediyi kimidə əgər Azərbaycana qarşı təhdidlərin səviyəsi təhlükəli hala gələcəksə o zaman Azərbaycan konkret tədbirlər görəcək".

Fidan Fərhadlı