Mövsümü xəstəliklərdən necə qorunmalıyıq?

Bölmə: Sosial › ,
Tarix: 22:26 17.09.2024

İsti, qızmar yaydan sonra sentyabrın 23-dən başlayaraq artıq Azərbaycana payız fəsli gəlir. El arasında payızı xəstəliklər mövsümü adlandırırlar. Eyni zamanda havaların hələ də isti keçməsi təəccüb doğurur.

Bəs, mövsümü dəyişikliklər zamanı xəstəliklərdən qorunmaq üçün nələrə əməl etməliyik?

Bu barədə "İnformator.az"a danışan infeksionist-həkim Mərdan Əliyev deyir ki, həmin fəsilə uyğun qidalanmaq, işləmək  və geyinmək lazımdır:

"Nə qədər ki, işimizi, yeməyimizi, geyinməyimizi  fəsilə uyğunlaşdırmırıqsa, bizim bədənimizin ümumi immun sistemimiz zəifləyir və biz xəstələnirik.
Elə insanlar var ki,  onlar hətta yayda xəstələnirlər. Çünki, istidən insanlar tərləyir, soyuq su içirlər və s. Bu düzgün deyil. Bədənimizə qulluq etmirik, artıq bədənimiz zəifləyir. Yayın istisi aldadıcı olur. Əsas bədənimizin istiliyini və fəsilə uyğun qidaların, hərəkətin, suyun normasını etmədiyimizə görə təbii ki, biz xestələnirik.

Biz xəstələndikdən sonra yazılan dərmanlar xəstəliyin qarşısını almır sadəcə olaraq bədənimizə dəyən zərbəni yumuşaldırıq.
Əks halda bunlara əməl olunmadıqda xəstəliklər bizdən uzaq durmayacaq".

Elnurə Kərimova