Yeni avtomobillərin qəfil yanma səbəbi nədir?
Bölmə: Sosial › ,Tarix: 22:35 17.09.2024
Son dövrlər ölkəmizə gətirilən avtomobillərin qəfil alışmasına tez-tez rast gəlinir. Bəs, məhz yeni avtomobillərdə bu hal niyə yaşanır?
Mövzu ilə bağlı avtomobil mütəxəsisi Sahil Ağabəyli "informator.az"a müsahibəsində bildirib ki, ölkəmizə gətirilən avtomobillərin yanmasına səbəb bu avtomobillər ölkəmizə daxil olarkən hər kəs işıq avadanlıqlarının güclənməsinə, siqnalların quraşdırılmasına görə əlavə naqillər çəkirlər:
"Onlar da nəzərə tutulmayan yerlərdən aparıldığına görə cərəyan ilə kütlənin birləşməsinə səbəb olur və bu kimi yanğınlar baş verir. Hətta ili köhnə avtomobillərə belə müdaxilələr olunur. Mühərrikxanada hər hansısa naqillərin sağdan sola yaxud əksinə keçməsinə səbəb də ola bilir".
Mehriban Nəsibova