Azərbaycanda dərmanların qiyməti xaricə nisbətən niyə bahadır?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 11:57 18.09.2024

Azərbaycanda dərmanların qiyməti xaricə nisbətən bahadır. Qiymət fərqinə görə əhalinin əksəriyyəti elə məhz dərmanlarını xaricdən gətizdirir.
Bəs qiymət arasındakı kəskin fərqin olmasının səbəbi nədir?

Mövzu ilə bağlı İqtisadçı Xalid Kərimli "informator.az"a müsahibəsində bildirib ki, dərmanlar gətirildiyi zaman daşıma, vergi xərcləri olur və bu da qiymətlərə təsir edir:

"Bir tırın  gəlməsi 2500-4000 dollar təşkil edir. Həmçinin xaricdə dərmanları özləri istehsal edirlər, biz isə idxal edirik. Bir tərəfdən də bu dərmanları gətirən pul qazanmaq məqsədi ilə gətirir. Normal olaraqda üstündə pul qoyur.
Digər əsas məqam isə burada monopoliya məsələsi var. Yəni ki, dərman gətirən şirkətlər var ki, onlar süni qiymət formalaşdırır. Amma hökumət bunu tənzimləmək üçün zəruri hesab etdiyi  təqribən 15 min adda dərmana özü qiymət qoyur. Lakin yerdə qalan dermanlara isə hökmət özü qiymət qoymur.

İdxal zamanı hökmran mövqeyə malik subyektlər iştirak edir. Burada antiinhisar xidməti yenidən təşkil olunur, cəmiyyətdə narazılıqlar var. Çünki, dərman geyim deyil ki, xaricdən hamı rahatlıqla idxal etsin.
Apteklər çox ola bilər, lakin idxalçılar məhdud saydadır. Dərman gətirmək üçün Səhiyyə Nazirliyinin təsdiq etdiyi siyahıdakı dərmanları siyahıdakı zavodlardan gətirmək olar. Məhz bu spesifiklik olduğu üçün azad rəqabət tam işləmir ona görə dövlətin antiinhisar xidməti insanları narahat edən bu sahədə nəzarəti artırmalıdır".

Elnurə Kərimova