Aviabiletlərin qaytarılmasında yeniliklər - Hansı dəyişikliklər olub?
Bölmə: Sosial › ,Tarix: 22:22 18.09.2024
Azərbaycanda aviabiletlərin qaytarılması və dəyişdirilməsində bir sıra yeniliklər edilib.
Sözügedən yeniliklər nələrdir?
Hansı qaydalarda dəyişikliklər baş verib?
Bu barədə turizm üzrə ekspert Rəhman Quliyev "informator.az"a açıqlamasında bildirib ki, ötən illərə nisbətən bu il demək olar ki, Azərbaycan hava yollarının cərimə sanksiyasında ciddi yumşalmalar olub:
"Azərbaycanda fəaliyyət göstərən yerli aviakompaniya Azərbaycan hava yolları eyni zamanda digər aviakompaniyalar da var ki, onlarda da müxtəlif vaxtlarda Azərbaycana uçuşlar həyata keçirirlər. Bu yumşalmalar aviabiletlərin qaytarılması və dəyişdirilməsi şərtlərinə şamil olunur.Bilirsiniz ki, ekonom sinifdə aviakompaniyanın satış siyasətinə uyğun olaraq 3 tarifə bölünür".
Ekspert tariflərdə edilmiş cərimə dəyişikliklərini də qeyd edib:
"Bunlardan biri büdcə tarifidir ki, onlar olduğu kimi qalır, qaytarımı dəyişdirilmir. 3 saat ərzində yazılan biletlər cəriməsiz qaytarılma, dəyişdirilmə şansı verilir. Klassik tarifdə isə daha öncəki qaydalara əsasən 75% cərimə tutulub, geri qalan məbləğ turistə qaytarılırdı. Yeni qaydalara əsasən 75 Euro cərimə tutularaq tam məbləğ geriyə qaytarılır. Uçuşdan sonra da yenə qaytarmaq şansı yaranıb. Burda da yenə cərimə azdır. Klassikdə uçuşdan sonra bilet qaytarıla bilər, amma "plus" tarifində 35 Euro cərimə ilə bilet dəyişdirilir, 75 Euro cərimə ilə bilet qaytarılır. Biznesdə isə uçuşdan sonra 200 Euro cərimə, uçuşdan öncə isə 75 Euro cərimə ilə dəyişdirilməsi və qaytarılması mümkündür. Digər aviakompaniyalarda isə hələ ki, əvvəlki qaydalar qüvvədədir".
Aslanova Fatimə