"Qərbi Nil" qızdırması: Xəstəliyin əlamətləri və simptomları nələrdir?
Bölmə: Sosial › ,Tarix: 08:10 19.09.2024
Azərbaycanın qonşu dövlətlərindən biri olan, Ermənistanda "Qərbi Nil" qızdırması yayılıb. Son bir həftə ərzində 20 yeni yoluxma aşkar edilib. Ümumillikdə isə 128 "Qərbi Nil" qızdırması halı qeydə alınıb.
Xəstəliyin yaranma səbəbləri nələrdir?
Mövzu ilə bağlı "informator.az"a danışan tibb üzrə ekspert Aydın Əliyev kimi xəstəliklərin yaranma səbəblərindən və əlamətlərindən bəhs edib:
"Mövzu çox aktualdır. Artıq dünyamızda cürbəcür viruslar-patologiya, xəstəlik törədən, gözlə görünməyən ayrı-ayrı canlıların yayılması artıq faktdır. Dünyada bu xəstəlikləri məqsədyönlü sürətdə artırırlar. Ekoloji, qida və su natəmizlikləri, cürümüş məhsulların yayılması və.s ağcaqanadların yaranmasına səbəb olur.
"Qərbi Nil" qızdırması ilə baş verən infeksiyada, ağcaqanadlar daşıyıcıdır. Bu xəstəliyin törətdiyi əlamətlər digər viruslarla oxşayır. Baş ağrısı, müəyyən dərəcədə qızdırma, qusma, səpgilər və.s olur. "Qərbi Nil" qızdırmasında bəzən baş beyində meningitlər(iltihab xəstəliyi), şüur qaranlıqlaşması ola bilər. Bu həftə və aylarla davam edə bilər. İnsan bədəni çox zəif olduqda ölüm halları da ola bilər.
"Qərbi Nil" qızdırmasına qarşı vaksin(peyvənd) hələki tapılmayıb.
Bunun çıxış yolu sadəcə insanın özünü ağcaqanadların olduğu, natəmiz yerlərdən mümkün qədər uzaq durmalı, təmizlik qaydalarına riayət etməlidir".
Aysel Ağakərimova