Ötən ay dünyada 50 minə yaxın insan vəbaya yoluxub: Xəstəliyin yaranma səbəbləri...
Bölmə: Sosial › ,Tarix: 22:20 19.09.2024
Cari ilin avqustunda təxminən 50 minə yaxın insan vəba xəstəliyinə yoluxub, 160- dan çox insan ölüb. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
ÜST-nin aylıq bülletenində qeyd olunub ki, avqust ayında 17 ölkədə 49986 yoluxma və 161 ölüm halı qeydə alınıb. İyul ayı ilə müqayisədə bu ay yoluxma 16%, ölüm isə 28% azalıb.
Xəstəliyin əsas yaranma səbəbləri nələrdir?
Bu barədə "İnformator.az"a müsahibəsində infeksionist-həkim Mərdan Əliyev bildirib ki, vəba xəstəliyi qədimdən hər kəsə məlum olan bir xəstəlikdir:
"Bu xəstəlik zamanı ishal baş verir və su itkisindən insan tələfatına səbəb ola bilir. Daha çox bu xəstəlik kasıb ölkələrdə və gigiyenik qaydalara əməl olunmayan ölkələrdə daha geniş yayılıb. İnkişaf etmiş və gigiyenik qaydalara əməl olunan ölkələrdə bu xəstəliyə nadirən rast gəlinir. Çünki bu xəstəlik çirkli əllər vasitəsilə yoluxur və kanalizasiyanin suya qarışması halları və s. bütün bunlar xəstəliyin əsas yaranma səbəbləridir".
Sevinc Zeynalova