"Müəllimləri işdən çıxarmaqdansa, bu üsuldan istifadə etmək olar..."-RƏY

Bölmə: Sosial › ,
Tarix: 16:29 23.09.2024

"Məktəb direktorunun dərs saatı digər müəllimlərə nisbətən azdır. Məktəb direktorunun əsas işi odur ki, inzibati işlərlə məşğul olsun. Direktor məktəbi idarə edəndir. Onun əsas işi dərs demək deyil, idarə etmədir".

Bu sözləri "informator.az"a müsahibəsində elm və təhsil eksperti Rizvan Fikrətoğlu söyləyib. Onun sözlərinə görə, müəllimlərə müəyyən qədər işlərini həll etmək üçün vaxt ayrılır. Bunun qarşısını almaqla, dərslərin keyfiyyətini artırmaq olar:

"Sertifikasiya imtahanında zəif nəticə göstərən müəllimlər işdən çıxarıldı. Həmin müəllimlərin işdən çıxarılması deyil, müəllim köməkçisi kimi fəaliyyət göstərə bilərdilər. Müəyyən dərslərin aparılmasında, texniki işlərdə fəaliyyət göstərə bilərdilər. Universiteti yeni bitirən müəllimlər də birbaşa müəllim kimi işləməli deyil. Onlar təcrübəli müəllimlərin yanında müəllim kimi fəaliyyət göstərə bilərlər. Bununla da təcrübə qazanarlar. Yeni başlayanlar üçün sertifikasiyadan zəif nəticə göstərənlər üçün belə bir şey etmək olar. Müəllimləri işdən çıxarmaqdansa, bu üsuldan istifadə etmək olar. Beynəlxalq təcrübədə də bu var".

Nigar Səmədli