Payız-qış mövsümü ilə bağlı vaksinasiyaların əks göstərişləri varmı?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:35 23.09.2024
Payız-qış mövsümü ilə bağlı Azərbaycanda qrip əleyhinə vaksinasiyaya başlanılıb. Hər il bu aylarda qripin yayılmasının qarşısını almaq üçün müəyyən vaksinasiyalar həyata keçirilir. Bu il də vətəndaşlar virusdan qorunmaq üçün vaksin ölkəyə gətirilən kimi poliklinikaya üz tutublar.
Bəs payız-qış mövsümü ilə bağlı vurulan vaksinlərin əks-göstərişləri varmı?
Mövzu ilə bağlı "informator.az"a açıqlamasında tibb üzrə ekspert Aydın Əliyev bildirib ki, ümmumiyyətlə dərman vasitələri prinsipə zərərdir:
"Dərmanlar o vaxt ziyan verir ki, diaqnoza uyğun dərman verilmir, dərmanın keyfiyyətsiz məsələləri ortaya çıxa bilər, bir də ola bilər ki, həmin insanın dərmana qarşı allerigik reaksiyaları olsun. Bundan başqa dərmanlar insanın xəstəliyindən asılıdır. Ağır xəstəliklər, qan xəstəliyi, diabet, ankoloji xəstəliklər var ki, vaksinasiya zamanı arzuolunmaz proseslər verə bilər".
Həkim onu da qeyd edib ki, fəsil dəyişkənliyi ilə əlaqədər qidamıza diqqət etməli və fəsilə uyğun geyinməliyik. Göy-göyərti, qatıq-süd məhsulları, dəniz məhsullarına daha çox önəm verməliyik.
Mehriban Nəsibova