Bu ölkədə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulub
Bölmə: Sosial › ,Tarix: 10:42 25.09.2024
ABŞ-nin Kaliforniya ştatında məktəblərdə şagirdlərin smartfonlardan istifadəsinə məhdudiyyət qoyulması barədə qərar qəbul edilib.
Açıqlamaya görə, yeni qanun tələbələrin məktəbdə olarkən ekranlara deyil, akademik işlərinə, sosial inkişafına və dünyaya diqqətini yönəltməyə kömək edəcək.
Qubernator Gavin Newsom imzaladığı yeni qanuna əsasən, ştatdakı məktəblər şagirdlərin smartfon istifadəsini məhdudlaşdıran qaydaları tətbiq etməli olacaqlar.
Qanun məktəb şuralarından 2026-cı il iyulun 1-dək tələbələrin kampuslarda və ya məktəblərdə smartfon istifadəsini qadağan edən qaydalar yaratmağı və ya bunu müəyyən vəziyyətlərlə məhdudlaşdırmağı tələb edir. Qanun həm də sinifdə diqqəti yayındıran amilləri və sosial medianın uşaqların psixi sağlamlığına təsirini minimuma endirməyi hədəfləyir.
Florida, Luiziana və İndiana da daxil olmaqla bir çox ştatlar daha əvvəl şagirdlərin məktəbdə telefon istifadəsini məhdudlaşdıran qanunlar qəbul edilib.
Mənbə: Hürriyet
Zəhra Məmmədova