COP29 ilə əlaqədar distant təhsilə keçmək problemlər yaradacaqmı?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:42 25.09.2024
Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) keçiriləcəyi dövrdə Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı Azərbaycan Respublikası Nazirlər Kabineti qərar qəbul edib.
Baş nazir Əli Əsədovun imzaladığı 1 avqust 2024-cü il tarixli qərara əsasən, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində (xüsusi təhsil müəssisələri istisna olmaqla) ümumi təhsil pilləsi üzrə noyabrın 12-dən 22-dək payız tətili, peşə, orta ixtisas və ali təhsil pillələri üzrə - Bakı və Sumqayıt şəhərlərində, Abşeron rayonunda 2024-cü il noyabrın 12-dən 22-dək distant (məsafədən) formada təhsil keçiriləcək.
Bəs bu yeni qərar Azərbaycan təhsilinə necə təsir edəcək?
Mövzu ilə bağlı təhsil eksperti Elçin Süleymanov "İnformator.az"a açıqlamasında bildirib ki, COP29 ilə əlaqəli 2 həftəlik distant təhsil paytaxt Bakı və Abşeronda tətbiq olunacaq bu yerlərdə isə internet infirakstrukturu kifayət qədər yaxşıdır və biz covid dövründə kifayət qədər bu sistemi tətbiq etdik:
"Covid19 ilk başlayanda ölkə hazırlıqsız yaxalandı. Amma daha sonra bununla əlaqəli infrakstruktur genişləndi. Yəni univerisitetlərdə həm bu sistem inkişaf etdi, həm də müəllimlərin bu sistemdən istifadə qabiliyyəti genişləndi. İndiki tələbələr də orta təhsildəikən bu sistemi yaşadıqlarına görə, düşünmürəm ki, 2 həftəlik müddət ciddi bir problem yaşatsın.
Ekspert onu da qeyd edib ki, hətta gələcəkdə təhsildə sistemləşdirilərək müəyyən dərslərin (məsələn patok)auditoriyaya qıtlığı olan univerisitetlərə dəstək məqsədi ilə onlayn təhsilə keçirilməsi məqsədə uyğun ola bilərdi. Yəni bu da hibrid təhsilə üstünlük verilərək müəyyən dərslərin onlayn, müəyyən dərslərin isə univerisitetdə keçirilməsi daha effektiv ola bilər".
Mehriban Nəsibova