Azərbaycanda yaddaşı zəifləyənlər sürətlə ÇOXALIR...-Psixoloq AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 19:14 04.10.2024

Yaddaş zəifliyi bir çox insanlarda müəyyən səbəblərdən dolayı zaman-zaman yaşanan problemdir. Amma hazırda demək olar ki, bütün dünyada daha da yayğın hal alıb.

Bəs bu cür halların yaranmasına nə səbəb olur? 

Mövzu ilə bağlı Psixiatr Azər Bağırov "informator.az" a bildirir ki, yaddaş pozuntuları fərqlidir:

"Gənc insanlarda görülən yaddaş pozuntusu ilə yaşlılarda olan yaddaş pozuntusu fərqlidir. Yaşlılarda görülən yaddaş problemi orqanikdir, yəni beyindəki hüceyrələrin ölməsi, kiçilməsi ilə yaranan yaddaşsızlıq forması var və buna "demensiya" deyilir. Bu xəstəliyin( demensiyanin) bir neçə forması var. Altsheymer tipli  demensiya var ki, bu xəstəlik 60 yaşlı insanlarda başlanır. Digər bir növü isə Vaskular demensiyadır ki, bu xəstəlik daha irəli yaşlarda başlanır. Bu isə beyinə gedən qan damarlarının tıxanması ilə və qan dövranın pozulması ilə baş verir. Altsheymer tipli xəstəlik çox sürətlə yayılır və artıq insan 70 yaşına çatanda bir çox yaxınlarını unuda bilir. Erkən diaqnostika ilə bu xəstəliyin qarşısıni almaq olar".

Psixoloqun sözlərinə görə, gənclərdə olan xəstəlik isə diqqət dağınıqlığının nəticəsidir:

"Yəni onlarda bu xəstəliyin heç biri olmur. Onlarda sadəcə böyük şəhər həyatının gətirdiyi xroniki stressdən və diqqət dağınıqlığından ibarət olur. Buna müalicə olaraq isə balıq yağı tövsiyə olunur".

Sevinc Zeynalova