Univerisiteti yeni bitirən şəxslər niyə işə girməkdə çətinlik çəkir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 20:30 04.10.2024

İndi iş tapmaq, sözün əsl mənasında qəliz məsələyə çevrilib. Bizə məlum olduğu kimi ən çox gənclər, univerisiteti yeni bitirənlər iş tapmaqda çətinlik çəkirlər. Çünki əksər iş yerlərində təcrübə tələb edilir.
Bəs iş tapmaqda çətinlik çəkən ali təhsilli gənclər nə etməlidirlər?

Məsələ ilə bağlı "informator.az"a açıqlamasında təhsil eksperti Elçin Əfəndi bildirib ki, uzun illərdir çağırış edirik ki, ən azı ali təhsil müəsisələrində tələbələrin təcrübəsinə ya 2-ci ya da 3-cü kursdan başlanılsın:

"Onların istehsalat təcrübəsi müvafiq olaraq əmək fəaliyyəti ilə başladılan dövr kimi qeydə alınsın ki, sonra həmin şəxslər məzun olduğu univerisitetdən müvafiq iş yerləri, dövlət, özəl müəsisələrə müraciət etdiyi zaman artıq onların iş təcrübəsində ixtisaslar ilə bağlı müəyyən qeydlər olsun. Bununla bağlı hazırda müəyyən işlər görülməkdədir. Qarşıdakı dövr ərzində artıq görəcəyik ki, bəzi təhsil müəsisələri təcrübə tələb etmir. Çünkü artıq onların təcrübələri müvafiq olaraq ya elektron ya da kağız daşıyıcısı üzərində əmək kitabçalarında qeyd oluna bilər".

Ekspert univerisiteti yeni bitirən şəxsin işəgötürənin tələblərini necə qarşılaya biləcəyindən bəhs edib:

"Hər bir işə götürən istəyər ki, götürdüyü istiqamət üzrə müvafiq olaraq peşəkar və eyni zamanda daha enerjili kadr götürsün. Ona görə də univerisiteti bitirən müasir dövrün çağırışlarının nədən ibarət olduğun bilməlidir. Ən azı xarici dil biliyi univerisitet dövründə formalaşmalıdır. Komputer biliklərini inkişaf etdirməlidir. Ən azı bu 2 biliyi özündə əks etdirir və ixtisasını bilirsə onun işə qəbulu ilə bağlı ciddi bir sıxıntı olmaz".

Mehriban Nəsibova