Bığları kəsilsə, pişiklər yeriyə bilməzlər!
Bölmə: Maraqlı › ,Tarix: 23:26 04.10.2024
Pişik bığları (latınca vibrissae), ətraf mühitin qavranılmasında mühüm rol oynasalar da, pişiklərin yerişi və ya tarazlığı ilə heç bir əlaqəsi yoxdur. Bığsız belə, pişiklər asanlıqla yeriyə və normal fəaliyyətlərini davam etdirə bilərlər.
Bığların əsas funksiyası pişiyin ətrafdakı obyektlərə olan məsafəni hiss edərək ətrafını tanımasına kömək etməkdir. Xüsusilə qaranlıqda və ya dar məkanlarda bu sensorlar pişiyin ətraf mühitə dair şüurunu artırır və məsafələri qavramasına şərait yaradır.
Araşdırmalar göstərib ki, pişiklərin bığları titrəmələri hiss edərək ov və müdafiədə mühüm rol oynayır.
Unutmayın ki, pişiklərin bığları təbii olaraq müəyyən dövrlərdə tökülsə də, heç vaxt kəsilməməlidir. Bığları kəsilmiş pişik ətraf mühiti qavrayışın olmaması səbəbindən psixoloji problemlər yaşaya bilər.
Menbə Evrimagaciofficcial
Nərgiz Orucova