Payızda necə qidalanmalıyıq?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 13:29 07.10.2024

Payız fəsli əsasən həssaslığı, xəstəliklərin yayılması ilə xatırlanır. Bu mövsümdə insanlar orqanizmlərini daha çox önəmsəməlidir. Bəs, payızda əsasən, necə qidalanmaq lazımdır?

Bu barədə "İnformator.az"a açıqlamasında qida eksperti Ağa Salamov payızda istehlak edilməli olan qidalardan danışıb:

"Ümumiyyətlə, payız-yaz fəsillərində mövsüm dəyişərkən çalışmaq lazımdır ki, meyvə və tərəvəzlərə üstünlük verilsin. Meyvə və tərəvəz həm mövsümi, həm də, vitamin deposudur. Mövsümi meyvə və tərəvəzlərin insan orqanizmi, immunitet sistemi üçün böyük faydaları var. İlk növbədə mövsümi tərəvəzlərin pürelərini hazırlayıb uşaqlara vermək, böyüklərin də yeməyi məsləhət görülür. Təzə çıxmış mövsümü meyvə şirələrə üstünlük vermək lazımdır. Zülallara gəldikdə, ən yaxşı halda, kənd toyuğunun şorbasıdır. İstehlak etmək, yemək olar. Qırmızı ət məhsullarına müraciət etmək, balıq yemək lazımdır. Balıq Omega3 ilə zəngindir. Tərəvəzlərdən göyərtilərə də müraciət olunmalıdır. Müxtəlif göyərtilərdən hazırlanmış salatlar, zeytun yağı da həmçinin insan orqanizmi üçün faydalıdır. Ət və toyuğu kərə yağı ilə hazırlamaq məsləhət görülür".

Nigar Səmədli