Ceyhun Bayramovun Moskva səfəri -ŞƏRH
Bölmə: Siyasət › ,Tarix: 13:31 07.10.2024
Azərbaycanın Xarici işlər naziri Ceyhun Bayramov Müstəqil Dövlətlər Birliyinin(MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında iştirak məqsədilə Rusiya Federasiyasının Moskva şəhərinə işgüzar səfərə yola düşüb.
Səfər çərçivəsində nazir Ceyhun Bayramovun MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxışı, habelə yüksək səviyəli görüşlərdə iştirakı nəzərdə tutulur.
Sözügedən səfəri "informator.az"a şərh edən politoloq Elşad Həsənovun sözlərinə görə, MDB ölkələrinin Xarici İşlər Nazirləri Şurasının iclasında dünyada əsas olan Rusiya-Ukrayna müharibəsi, sülh müqaviləsinin bağlanması ilə bağlı danışıqlar olacaq:
"Bunu Sergey Lavrov deyəcək. Ceyhun Bayramov isə apardığı siyasətlə bağlı məruzə edəcək və Azərbaycanla Ermənistan arasında danışıqlar getdiyni bildirəcək. Eləcə də artıq Ermənistanın sülh müqaviləsinin şərtlərinin 80%-i ilə razılaşdığını, ATƏT-in MİNSK qrupunun ləğv olunması üçün isə Ermənistanında dəstəyinin vacib olduğunu deyəcək. Əsas məsələ isə Ermənistan Konstitusiyasının preambulasında Azərbaycana qarşı ərazi iddialarına dəyişiklik edilməsidir. ATƏT-in MİNSK qrupunun üzvləri Rusiya, Fransa və ABŞ bugün artıq bir-birlərinə qarşı mübarizə göstərir. ABŞ və Fransa Rusiya-Ukrayna müharibəsində Ukraynaya öz dəstəklərini verərək Rusiyaya qarşı öz mübarizələrini aparırlar. Məhz buna görədə artıq bu qrup fəaliyyət göstərə bilməz.
Bu görüşdə eləcədə MDB ölkələrinin təhlükəsizliyi də müzakirə ediləcək. Azərbaycan doğru siyasət aparır, heç bir təzyiqlərə boyun əymir. Öz milli və dövlət maraqlarını qorumaq üçün siyasət aparır".
Fidan Fərhadlı