Bağışlama ilə vəsiyyətnamənin fərqi nədədir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 22:41 07.10.2024
Dünyasını dəyişən şəxsin övladları arasında miras davalarına tez-tez rast gəlinir. Bəzən belə münaqişələr zamanı üzə çıxır ki, ata eyni evi bir övladına vəsiyyətnamə ilə, digərinə isə bağışlama yolu verib.
Bəs bağışlama ilə vəsiyyətnamənin fərqi nədədir?
Mövzu ilə bağlı Hüquqşünas Mehman Muradlı "informator.az"a açıqlamasında bildirib ki, bağışlanma insanın sağlığında baş verir. Həmçinin o öz əmlakını istədiyi şəxsə bağışlaya bilir:
"Vəsiyyətnamə də insanın sağlığında olur. Amma vəsiyyətnamə natorial olmalıdır. Yəni gizli qalmalıdır, insan vəfat etdikdən sonra vəsiyyətnamə açıla bilər. Vəsiyyətnamənin bəri başdan açılması artıq onun hüquqi qüvvəsinin olmamasına gətirib çıxarır.
Mirasın birinə vəsiyyətnamə ilə, birinə bağışlanma ilə verilməsi mümkün deyil. Çünki hər ikisi natoriat hərəkətidir. Yəni vəsiyyətnamə varsa, o qeydiyyata alınır. Həmçinin bağışlanmada natoriat hərəkətidir. Ya bağışlanma ya da vəsiyyətnamə olmalıdır. Bir halda ki, hər ikisi oldu bu zaman bağışlanma daha əsas götürülür. Bağışlanmanın əsas götürülməsinə səbəb isə insan vəfat etməmişdən qabaq bağışlamasıdır.
Əgər şəxs mirası bağışladıqdan sonra vəfat edirsə, həmin şəxsin vəfatından 2 il sonra qan üzrə vərəsələrin hüquqi var ki, həmin bağışlanma müqaviləsini məhkəmə qaydası ilə ləğv etsinlər. Daha sonra miras payı həmin vərəsələr arasında mütanasib qaydada bölünür".
Elnurə Kərimova