Eşitmənin zəifləməsi prosesi necə baş verir?-RƏY
Bölmə: Sosial › ,Tarix: 11:50 09.10.2024
Rəsmi statistik məlumatlarda da aydın görünür ki, son illərdə eşitmə problemi yaşayanların böyük əksəriyyəti yeniyetmələrdir.
Bəs buna səbəb nədir?
Mövzu ilə bağlı Qulaq Burun Boğaz Mütəxəssisi Anar Əsgərov "informator.az"a açıqlamasında bildirib ki, eşitmə duyğusu bizim həyatımızda olduqca vacib və önəmli duyğulardan biridir:
"Biz sağlam olduqda bunun fərqinə varmırıq, amma insanlarla ünsiyyət qurarkən, musiqi dinləyərkən, yolda siqnalları eşidərkən, televizora baxarkən, bir çox faktorlarda eşitmənin rolu vardır. Biz eşitmənin dəyərli olduğunu itirdiyimiz zaman bilirik. Bir məsəl var ki, dil insanlar arasında ünsiyyət vasitəsidir. Amma danışa bilmək üçündə eşitmək lazımdır.
Eşitmədə vacib rol oynayan orqan isə qulaqdır. Qulaq 3 hissədən ibarətdir. Xarici qulaq, orta qulaq, daxili qulaq. Bu hissələrin özünə məxsus funksiyaları var. Xarici qulaq səsləri toparlıyıb, orta qulağa təbil pərdəsinə verir. Təbil pərdəsi o titrəşimi daxili qulağa ötürür. Daxili qulaqda isə onlar impuslara çevrilir və beyinə gedərək bizim eşitməyimizi sağlayır.
Eşitmə problemi anadan gəlmə və sonradan qazanılmış olur".
Həkimin sözlərinə görə, sonradan qazanılmış eşitmə problemi günüzümüzdə uşaqlarda, yeniyetmələrdə rast gəlinir:
"Uşaqlıq dövrlərində ən çox rast gəlinən xəstəliklərdən biri otit dediyimiz xarici və daxili qulaq iltihabıdır. Uşaqlarda ən çox rast gəlinən bu xəstəlik burun ətinə bağlıdır. Qrip, iltihab zamanı burun əti dediyimiz adenoid qulaqla burun arasındakı yevstax borusunun ağzını tutur və ödəm şişkinləşir. Həmçinin yeniyetmələrin qulaqlıqdan həddindən çox yüksək səslə istifadə etməsi, gurultulu yerlərdə olması eşitmə zəifliyinə gətirib çıxarır".
Elnurə Kərimova