Empatiya nədir ?

Bölmə: Sosial › ,
Tarix: 12:24 22.11.2024

İnsan, sosial bir varlıq olaraq daim ətrafı ilə qarşılıqlı təsir içindədir. Bu qarşılıqlı təsirlərdə əlaqələri gücləndirən və ünsiyyəti asanlaşdıran ən mühüm ünsürlərdən biri empatiyadır.

 

Mövzu ilə bağlı Ailə və Uşaq Psixoloqu Aynur İsmayılova "informator.az"a açıqlamasında bildirib ki, empatiya hissi bütün insanlarda var:

 

"Empatiya hissi yüksək olan insanlar var ki, bu da emosional intellekti yüksək insanlarda daha çox rast gəlinir. Bəzən biz empatiya hissi ilə simpatiya hissini qarışdırırıq. Empatiya hissi qarşı tərəfin özünü insanın, canlının və ya heyvanın yerinə qoyaraq o duyğuları yaşamaq və daxilən anlamaqdır. Qarşı tərəfə zərər verməmək və nə olur olsun onu qəbul etməkdir. Bu da emosional intellektin bir nömrəli halıdır".

 

Müsahib simpatiya haqqında da danışıb:

 

"Simpatiya hissi isə sənin xoşuna gələn hər hansı insana və ya heyvana olan rəğbət hissidir. Simpatiya hissi zaman keçdikcə yox ola bilər. Amma empatiya hissi azala bilər. Necə sevginin əksi nifrət olduğu kimi bəzən empatiya hiss etdiyin insana qarşı belə ani bir hərəkətdə nifrət doğa bilər. Empatiya və simpatiya hisslərini qarışdırmaq olmaz. Simpatiya hissinin yaranması üçün bir an kifayət edər amma empatiya hissinin yaranması üçün aylar lazımdı".

 

Sevinc Zeynalova