Niyə bəzən bir şeyi demək istəyəndə unuduruq?
Bölmə: Maraqlı › ,Tarix: 08:04 21.10.2024
Hamımız bir otağa girib niyə orada olduğumuzu unutduğumuz və ya nəsə demək istədiyimiz zaman nə deyəcəyimizi xatırlaya bilmədiyimiz anları yaşamışıq. Beyin eyni anda çoxlu məlumat və düşüncələri tarazlayarkən, bəzən "qısa qapanma" yaşayır. Bəs niyə beynimiz o an düşündüyümüz şeyləri unudur?
Live Science-dəki məqaləyə görə: Mütəxəssislər deyirlər ki, bunun səbəbini anlamaq üçün yaddaşımızın necə işlədiyini və onunla bağlı ümumi yanlış təsəvvürləri öyrənməliyik. Psixologiya professoru Susanne Jaeggi qeyd edir ki, yaddaş tək bir şey deyil və müxtəlif növlərdə olur.Bu baxımdan iki növ yaddaş xüsusilə vacibdir: uzunmüddətli yaddaş və işləyən yaddaş. Uzunmüddətli yaddaş bilik, təcrübə və bacarıqlarımızı uzun müddət saxladığı halda, iş yaddaşı düşüncələrimizi bir neçə saniyə və ya dəqiqə ərzində daşıyır. MIT Neuroscience Professoru Earl K. Miller deyir ki, iş yaddaşı çox məhdud bir tutuma malikdir və biz eyni anda yalnız 4-7 məlumat daşıya bilirik. Beyin bir düşüncədən digərinə keçərək, bu məlumatları tarazlaşdırır. Amma diqqətimizi başqa bir şeyə yönəltdikdə, bu məlumatlardan biri "düşə" bilər və buna görə də unuduruq. Yuxusuzluq, alkoqol və ya yaşlanma kimi faktorlar beynin bu məlumatları unutma ehtimalını artırır. Bu cür unutqanlığı azaltmaq üçün ekspertlər çoxlu tapşırıqlardan çəkinməyi və unudulan düşüncələri xatırlamaq üçün kontekst yaratmağı tövsiyə edir. Məsələn, unutduğunuz bir düşüncəni xatırlamaq üçün əvvəlki otağa geri qayıtmaq və ya son düşündüklərinizi izləmək faydalı ola bilər.
Mənbə: sozcu.com.tr
Nərgiz Orucova