Bir qədəh içən qocalmaz: Gəncliyin sirri onda gizlidir
Bölmə: Maraqlı › ,Tarix: 08:06 21.10.2024
Qəhvə tez-tez və həvəslə qəbul edilən içkilərdən biridir. Yeni bir araşdırma, qəhvə qəbulunun üzün daha yavaş yaşlanması ilə əlaqəli olduğunu göstərib.
Qəhvədəki antioksidantlar dərinin elastikliyini və nəmini yaxşılaşdıra, qırışları və digər yaşlanma əlamətlərini gecikdirə bilər. Qəhvə haqqında bir
araşdırmanın nəticələri hər kəsi təəccübləndirib. "Journal of Cosmetic Dermatology" jurnalında dərc edilən araşdırmada 16 mindən çox avropalının qəbul etdiyi dörd içki müqayisə edilib. Qəhvənin yavaş yaşlanma ilə əlaqəsi olduğu aşkar edilib. Tədqiqatçılar qəhvənin antioksidan xüsusiyyətlərinin oksidləşdirici stress və iltihabla mübarizə apara biləcəyini söyləyirlər. Qovrulmuş qəhvənin tərkibindəki polifenollar dərinin elastikliyini və nəmini yaxşılaşdıra, qırışları və digər yaşlanma əlamətlərini gecikdirə bilər. Tətqiqatçıların sözlərinə görə, qovrulmuş qəhvənin növü də vacibdir, çünki polifenollar istiliyə həssasdır. Daha açıq qovrulmuş qəhvələr tünd qovrulmuş qəhvələrdən daha güclüdür, çünki qovurma zamanı yüksək temperatura uzun müddət məruz qalmaq polifenolları məhv edə bilər. Espresso daha konsentratdır və tərkibindəki polifenol baxımından daha faydalı ola bilər.
Mənbə: NTV Türkiyə
Nərgiz Orucova