Hər üç uşaqdan ən azı birində miopiya var
Bölmə: Maraqlı › ,Tarix: 22:54 21.10.2024
Çində aparılan bir araşdırma, hər üç uşaqdan ən azı birində uzağı aydın görə bilməmə problemi olan miopiyaya sahib olduğunu ortaya qoyub.
British Journal of Ophthalmology jurnalında dərc edilən araşdırmada müxtəlif qitələrdə 50 ölkədən 5 milyondan çox uşaq və gəncin uzağı görmə səviyyələri araşdırılıb. Tədqiqatçılar hər üç uşaqdan ən azı birində miopiya aşkar ediblər. 2050-ci ilə qədər təxminən 740 milyon uşaq və gəncin miopiyadan əziyyət çəkəcəyi proqnozlaşdırılır. Araşdırmaya görə, miopiya 1990-2023-cü illər arasında üç dəfə çox artaraq 36 faizə çatıb. Üstəlik miopiyada xarici amillərlə yanaşı, genetika da həlledici rol oynayıb. Uşaqların daha erkən yaşda təhsilə başladığı Asiya ölkələrində miopiya Afrikaya nisbətən yeddi dəfə çox rast gəlinir. Uzun müddət ekranda qalmaq da miopiya riskini artırır. Oğlanlarla müqayisədə açıq havada daha az vaxt keçirən qızlarda miopiya daha yüksək dərəcədə aşkar edilib ki, bu da oxumaq, yazmaq və ya telefon ekranına baxmaq tezliyi ilə bağlıdır. Araşdırma müəlliflərinin fikrincə, miopiya qlobal sağlamlıq probleminə çevrilə bilər.
Mənbə: diken.com.tr
Nərgiz Orucova