Trend yoxsa əyləncə? "Cinsiyyət dəyişdirmək anormallıqdır"-Sosioloqdan ETİRAZ
Bölmə: Sosial › ,Tarix: 14:40 28.10.2024
"Tibbi anamaliyalar nəticəsində insan iki cinsli doğulur. Bu bizim ölkəmizdə də baş verir. Müəyyən yaşa qədər qız olduğunu zənn edən insan daxili orqanları müayinə edildikdə təsadüfən aşkarlanır ki, indiyə qədər yaşadığı həyat tərzinin əksinə olaraq fərqli cinsdir".
Bu sözləri "informator.az"a açıqlamasında sosioloq Lalə Mehralı cəmiyyətdə cinsiyyət dəyişən şəxslərin artmasından danışarkən bildirib.
Sosioloqun fikrincə, tibbi müdaxilə sayəsində həqiqi cinsiyyətin bərpa edilməsi normal prosesdir:
"Genetik problem, qohum nigahlar, anormal hamiləlik prosesi zamanı bu cür anormallıqlar yaşanılır və bunların da nəticəsini tibb müdaxilə edərək bərpa edir. Və bunun əksinə olaraq insanın öz şəxsi istəyi olaraq həyata keçirilir. Bu artıq trend halını alıb. İnsanlar əyləncənin, marağın daha üst mərhələsini yaşamaq istəyirlər. Həyatının müəyyən qismini qadın kimi yaşayır və bu cür yaşamağı xoşlamır və bundan sonra həyatını dəyişdirib kişi kimi yaşamaq istəyir. Bu vəziyyətə normal baxmağın özünün anormallıq olduğunu düşünürəm. İnsan yaradılışdan nə cür yaradılıbsa, onun genetik kodları, alt şüuru, mənəvi aurası həmin cinsiyyətə uyğun olaraq formalaşdırılır".
Lalə Mehralının sözlərinə görə, əgər tibbi anomaliya halı deyilsə, cinsiyyət dəyişdirmək anormallıqdır:
"Bir insan müəyyən yaşa qədər bir cinsdə yaşayıb, müəyyən yaşdan sonra başqa bir cinsdə yaşamasını normallaşdıra bilməz. Bununla bağlı ciddi ölçülər götürülməlidir. Ölkəmizdə bununla bağlı olaraq cinsiyyət dəyişdirmək qadağan edilib. Həm elmi, həm də dini baxımdan cinsiyyət dəyişdirmək yolverilməz vəziyyətdir. İnsanlar var ki, kişidir, qadın olaraq daha yaxşı qazanc əldə edə biləcəyini düşünür və əksinə. Nə qədər çox cinsiyyət dəyişdirmə əməliyyatı varsa, bir o qədər də bunun səbəbləri var. Fərddən fərdə bu vəziyyət dəyişir".
Çinarə Tarverdiyeva