Həddindən çox tərləmək hansı xəstəliklərdən xəbər verir?-RƏY

Bölmə: Sosial › ,
Tarix: 19:02 29.10.2024

Tərləmələr təhlükəli xəstəliklərin xəbərçisidir. Həddindən artıq tərləmənin səbəbi xərçəng də daxil olmaqla təhlükəli xəstəliklər ola bilər.

Mövzu ilə bağlı həkim-terapevt Günay Latifova "informator.az"a açıqlamasında bildirib ki, tərləmək bədən istiliyini tənzimləyən və metobalik tullantıları çıxarmağa kömək edən təbii bir prosesdir:

"Ancaq artan tərləmə insana həm psixoloji gərginlik verə, həm də insanın həyatının diskomfort şəklində yaşamasına gətirib çıxara bilər. Biz bunu necə normal hal kimi adlandırsaq da, həddindən artıq tərləmə bəzi xroniki və kəskin xəstəliklərdən xəbər verə bilər. Bunlar - diabet, ürək- damar, xərçəng və s.-dir. Əgər bir insan idmanla məşğul olursa və yaxud yayda istidə çox qalırsa, onun tərləməsi çox normaldır, amma gecə yatdığı halda həddən artıq tərləyirsə bu hal müxtəlif xəstəlik əlamətlərinin göstəricisidir. Həm də tərləmə bütün bədəndə yox, sadəcə üz nahiyəsindədirsə, bu həmin vitamin D çatışmazlığını göstərir. Həddindən artıq tərləmə baş verirsə, məsləhət görülür ki, xəstə bir terapevtə müraciət etsin. Əgər bir xroniki xəstəlikdən söhbət getmirsə bu artıq vitamin çatışmazlığının göstəricisidir".

Sevinc Zeynalova