Nitq pozğunluğu insult əlaməti ola bilər?-Mütəxəssis AÇIQLAYIR
Bölmə: Sosial › ,Tarix: 08:28 04.11.2024
İnsult dünyada üçüncü əsas ölüm səbəbidir və bunun üzün ani yerdəyişməsi, qol və ya ayaqda zəiflik kimi əlamətləri görünə bilər. Əlamətlər arasında nitq pozğunluğu da yer alır.
Bəs bu xəstəliyin səbəbləri nədir və qarşısı necə alına bilər?
Mövzu ilə bağlı nevroloq Rəna Abbasova "informator.az"a açıqlamasında bildirir ki, nitqin pozulması ilə xarakterizə olunan nevroloji xəstəliklərin simptomlarindan biri - dizartriyadır:
"Bu hal səslərin yaranmasında istirak edən orqanlarin- udlaq, dil, yumşaq damaq, dodaq va yanaqların innervasiyasının pozulmasi nəticəsində həmçinin baş beynin uyğun şöbələrində baş verən patoloji proses nəticəsində yarana bilər. Dizartriya zamanı xəstənin digərlərini anlaması saxlanılır, oxuma və yazma qabiliyyəti isə itmir. Əgər dizartriya erkən uşaq yaşlarında yaranarsa, nitqin bütün sahələrində də ləngimə müşahidə edilir.
Dizartriyanin yaranmasinda bir sira faktorlari qeyd ede bilərik: bətndaxili virus infeksiyaları, toksikozlar, plasentanın zədələnmələri, ləngimiş va ya süratli doğuşlar zamanı baş beyinə qansızma, beyin qişalarının infeksiyaları va s."
Həkim qeyd edir ki, dizartriyanin ilk əlaməti- anlaşılmayan
nitqdir:
"Bununla yanaşı, dizartriyanin növündən asılı olaraq digər əlamətlər müşahidə olunur:
BULBAR dizartriya - patoloji proses uzunsoz beyinde olduğuna görə nitqdə iştirak edən əzələləri hissəvi və ya tam iflici, udqunmanın pozulması ilə də müşahidə edilir.
QABIQ dizartriyasi--nitqin baş beyin qabiq merkezleri zədələnir. Simptomu--səslər, sözlər düzgün tələffüz olunur, lakin ümumi nitq
anlaşılmaz olur.
Beyincik dizartriyasi--beyincik nahiyyəsi zədələnən zaman baş verir bu zaman qida həll olur, danışıq axıcı olmur, nitqin səs və modulyasiyasi pozulur. Ümumiyyətlə bir çox xəstəliklər vardir ki, bu xəstəliklər zamani nitqin pozulmasi xəstəliyin digər əlamətləri ilə müşahidə olunur. Parkinson, miasteniya, degenerativ xəstəliklər və s. nitq pozulması xəstədə müşahidə olunarsa, ilk növbədə səbəbi müəyyən olunmalıdır, sonra isə müvafiq olaraq nevroloq loqoped ve psixoloq tərəfindən kompleks müalicə aparılmalıdır".
Sevinc Zeynalova