Məcburiyyət yoxsa istək: İnsanlar niyə fahişəliyi seçir?

Bölmə: Sosial › ,
Tarix: 09:10 04.11.2024

Dünyada təxminən 42 milyon fahişə yaşayır. Təxmini hesablamalara görə, dünya miqyasında fahişəliklə əldə edilən illik gəlir 100 milyard dollardan çoxdur. Dövrümüzdə artıq bununla məşğul olanların artdığını, bir çoxunun hətta 15-18 yaşında olduğunu deyə bilərik.

Bəs insanlar niyə fahişəliyi seçir?

Bu barədə "İnformator.az"a danışan sosioloq Lalə Mehralı deyir ki, bu yolla gəlir əldə edən insanlardan soruşsaq ki, niyə fahişəlik edirsən, əksəriyyəti maddi problemlər səbəbindən bu yola düşdüyünü iddia edəcəklər:

"Amma insanın əxlaqi dəyərləri, mənəviyyatı, iffəti olanda nə qədər çətinlik çəkirsə çəksin, o yola əl atmır. Onun dəyərləri, namusu imkan vermir ki, o bu cür rəzil bir vəziyyətə düşsün. Ona görə nisbətən aşağı maaşa da olsa, gedir işləyir, alın təri ilə qazanır və üz ağlığı ilə xərcləyir. Mən o iddiaları gerçək hesab etmirəm. Düşünmürəm ki, onlar maddi problemlərə görə o yola düşsünlər. Onlar mənəviyyatını, şəxsiyyətini itirmiş insanlardır. Onlara görə pul hərşeydir, pul onların Allahıdır. Əgər istəsəydilər, zamanında normal iş tapıb işləyərdilər, lakin daha rahat yolla pul qazanmağın yolunu tapdıqlarını görə və bu cür yaşamaq onlara rahat olduğuna görə bu yolu seçirlər".

Çinarə Tarverdiyeva