İybilmə qabiliyyətinin itirilməsinin səbəbləri- Hansı hallarda iybilmə bərpa oluna bilir?

Bölmə: Sosial › ,
Tarix: 11:09 06.11.2024

Son zamanlar insanlar xəstələndikdən sonra iybilmə, qoxubilmənin itirilməsindən şikayətlənir. 

 

İybilmə qabiliyyətimizi niyə itiririk ?

 

Bu barədə qulaq-burun-boğaz mütəxəssisi Anar Əsgərov "informator.az"a açıqlamasında bildirib ki, iybilmə qabiliyyətinin pozulmasının bir çox səbəbləri var:

 

"İybilmə pozulması, 2 cür olur. 

 

İybilmə qabiliyyətinin tamamilə olmaması və iybilmə qabiliyyətinin azalması. Qrip, soyuqdəymə zamanı iybilmə qabiliyyəti zəifləyə bilər. Allergiya da, ən çox rast gəlinən səbəblərdən biridir. Toza qarşı, heyvan tükünə qarşı, ətrə qarşı olan allergiyalar qoxubilmə hissinin azalmasına səbəb ola bilər. Sonraki, sıx rast gəlinən, səbəblərdən biri burnun xoşxassəli və bədxassəli törəmələridir. Bunlar ən çox rast gəlinəni burnun xoşxassəli törəmələridir. Məsələn, ətə bənzər törəmələr, bunlar burunda hava axışının qarşısını alır, havanın qoxu hüceyrələrinə çatmasını əngəlləyir və iybilmə qabiliyyətinin azalmasına və yaxud da tamamilə itməsinə səbəb olur. Burun travmaları, kəllə-beyin travmaları da, ən çox rast gəlinənlərdəndir. Bəzi dərmanlar da, qoxubilmə hissinin zəifləməsinə səbəb ola bilər. Dərmanları həkimdən məsləhət almadan, istifadə etmək olmaz.

 

 

 Yaşlanma ilə əlaqədar, digər orqanlarımız kimi qoxubilmə hissimiz də, zəifləyə bilər. Sinir sistemi xəstəlikləri qoxubilmə hüceyrələrini zədələyə bilər. Bəzi səbəbini bilmədiklərimiz infeksiyalar da səbəb ola bilər".

 

 

Mütəxəssis sözlərində iybilmə hissiyyatının artma və ya azalmasının əlamətlərini və həlli yollarını da qeyd edib:

 

"Əlamətləri isə, baş ağrısının olması, üzdə basqı hissi, ağrı, qoxubilmə hissiyyatının artması, azalması bunlardır. Burun çəpər əyriləri, balıqqulağı bunlar əməliyyat olunduqdan sonra düzələ bilər. Bəzi səbəbləri, isə müalicə etməklə, qoxubilmə hissiyyatını düzəltmək olar".

 

Nigar Səmədli