"Şəkəri hər zaman ən təhlükəli qida hesab edirik, çünki.."

Bölmə: Sosial › ,
Tarix: 21:44 06.11.2024

Azyaşlıların şəkərdən az istifadə etməsi sağlamlığa uzunmüddətli fayda verir.

Araşdırmaya əsasən, erkən dövrdə şəkər qəbulunu məhdudlaşdırmaq diabet riskini 35 faiz, yüksək qan təzyiqi riskini isə 20 faiz azaltmağa kömək edir. Bundan əlavə, şəkərin təsirinə erkən məruz qalmayan uşaqlarda piylənmə riski də 30 faiz aşağı olur.

 

 

Bəs şəkərin daha hansı zərərləri var?

 

Mövzu ilə bağlı Dietoloq Leyla Zülfüqarlı "informator.az" a açıqlamasında bildirir ki, Şəkəri hər zaman ən təhlükəli qida hesab edirik, çünki hüceyrə səviyyəsində orqanizmə ziyan verir:

 

 "Elementar olaraq götürsək xərçəng xəstəliyi bütün zamanlarda nəyə görə bəşəriyyətin ən təhlükəli xəstəliyi olub, çünki hüceyrə tamlığl pozulur. Yəni hüceyrə zədələnib, hüceyrə funksiyasıni itirdikdə artıq geri dönüş yoxdu . Artıq insan hayatında ən təhlükəli xəstəliyi ile üz -üzə qalır və gəlin bunu analiz edək hətta xərçəng hüceyrəsini belə bəsləyən, qidalandıran ən dəhşətli tərkib şəkərdi və şəkər sadəcə şəkərli diabet, şəkərli xəstəliyin yaratmır. Bir çox xəstəliklərin yaranmasına gətirib çıxarır. Bu qədər təhlükəli hesab etdiyimiz tərkib ki, dozasından artıq olanda insulin orqanizmin öz təbii hormonu bele bunun qarşısını ala bilməyəndə bir sıra xəstəliklər meydana çıxır .

Ona görə də ən birinci "dur" deyəcəyimiz qida baxın bu şəkərdi. Yəni karbon hidrat qrupu deyirik ki, onları da dayandırın niyə? Çünki, karbon hidrat qrupuda qulikoza ve şəkərin bir sıra növləri var disoxarid, mamoxarid, lakdoza, qulikoza, furuktoza və s. növü çoxdu. Ona görə günümüzdə daha çox istifadə edilən şəkər qulikozadır. Meyvə şəkəri olan fruktozada var. İnsanları bu qədər məlumatlıdırmağımıza rəğmən yenədə müəyyən səhv addımlar atırlar".

 

Dietoloqun sözlərinə görə , günümüzdə çox sevindirici məqamdir ki, şəkər istifadəsinin azaldığını görürük:

 

"Şəkər uşaqlarda hər zaman təhlükəli hesab etdiyimiz qida növüdür, amma uşaqlarımızın şəkərə çox təəssüf ki, kiçik yaşlarından öyrəşdirilir .Bunun yerinə çox gözəl olardı ki, biz onlara çərəzlər verək. Çərəzin tərkibində süt şəkili və doğru şəkər qrupu yer alır".

 

 

Sevinc Zeynalova