Eynəkli uşaqların artma səbəbi telefonlardır ?

Bölmə: Sosial › ,
Tarix: 22:31 06.11.2024

Son zamanlar eynəkli uşaqların çoxalmasını görürük. Əvvəl bu problem yuxarı sinif uşaqlarında görünürdüsə, indi azyaşlılarda da tez-tez rast gəlinir.

 

Bəs son zamanlar azyaşlılarda göz xəstəliyi nə səbəbdən yaranır ?

 

Mövzu ilə bağlı "informator.az"a açıqlamasında oftamoloq Elnarə Məmmədova bildirib ki,uşaqların planşet,telefonlardan gün ərzində çox istifadə etməsi başlıca səbəblərdən biridir:

 

"Düzgün qidalanmamaq, yuxu rejiminə düzgün əməl etməmək, vitamin əksikliyi uşaqlarda göz xəstəliyinə səbəb olur.

Normal yuxu rejimi 8 saat olmalıdır. Amma bəzi uşaqlar var ki,gec yatırlar onun da səbəbi çox vaxt telefon, planşetdən istifadə etməkdir. Valideyinlərə tövsiyə edirəm ki, gün ərzində övladlarına fasilələrlə 1-2 saat telefonla vaxt keçirmələrinə icazə versinlər”.

 

Mehriban Nəsibova