Sürücü məsuliyyətsizliyi yoxsa infrastruktur problemi?- EKSPERT AÇIQLADI

Bölmə: Sosial › ,
Tarix: 13:35 07.11.2024

Bir müddət əvvəl yağışın Bakıda yaratdığı problemlərin şahidi olduq.
Yağışın yağması yollarda tıxacın, gölməçələrin yaranmağına səbəb oldu ki, bu da bəzi yerlərdə şəhər əhalisinin həyat fəaliyyətinin məhdudlaşması ilə nəticələndi.
Problemin yaranması şəhər infrastrukturu ətrafında müzakirələrin yaranmağına gətirib çıxardı. Bu halın təkrar baş vermə ehtimalı isə sual altındadır.
Maraqlısı budur ki, infrastrukturun düzgün qurulmaması bu qədər problemlərə gətirib çıxarır, ya sürücülər ekstrimal vəziyyətdə nə edəcəklərini bilmirlər?

Mövzu ilə bağlı "İnformator.az"a açıqlama verən nəqliyyat eksperti Aslan Əsədov yollarda problemlərin çox olduğunu vurğulayıb:

"Yollarda problemlər nəzərə çarpacaq dərəcədədir. Bugünkü gün nəqliyyat infrastrukturunun əsas meyarı nəqliyyat vasitələrinin idarə edilməsindən daha çox nəqliyyat vasitələrini idarə edən şəxslərə yönəlib.
Nəqliyyat vasitəsini idarə edən şəxs bir başa məsuliyyətli olmalıdır.
Hər hansısa bir təbiət hadisəsinə qarşı: yağışa, suya, atmosfer çöküntülərinə, küləkli havaya, borana, qara rəğmən etik davranışlarını, nümunəvi yürüşlərini həyata keçirməyi bacarmalıdır"

Ekspert sonda söyləyib ki, sözü gedən məsələlər həll olunduqdan sonra biz hansısa konseptual inkişafdan danışa bilərik. Əgər baş vermərsə  inkişafda ləngimələrin şahidi olacayıq.

Banuçiçək Kalbalıyeva