Kolbasanın fəsadları: Bu qidanı alarkən nələrə diqqət etməliyik?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 17:30 07.11.2024

Son zamanlarda insanlar kolbasa məhsullarına daha çox üstünlük verirlər. Bu, uşaqların da ən çox sevdiyi qidalardan biridir. Lakin kolbasa və onun insan orqanizminə təsiri ilə bağlı bəzən yaxşı fikirlər eşitmirik. Bu da valideynlərin tərəddüdünə gətirib çıxarır.

Kolbosa insan üçün zərərlidirmi?
Kolbasa alarkən nələrə diqqət etməliyik?

Bu barədə “informator.az”a danışan Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova deyir ki, kolbasa işlənmiş ət məhsulu olduğu üçün yaxşı olar ki, qida rasionumuzda mümkün qədər çox istifadə etməyək:

“Çünki delikates hesab olunduğuna görə, əgər kefiyyətli şəkildə istehsal olubsa, gün ərzində 100 qramdan çox qəbul etmək tövsiyə olunmur. Kefiyyətli kolbasanı seçərkən markalanmasına diqqət etməliyik. Üzərində istehsalçı şirkətə aid məlumatlar tam şəkildə olmalıdır. Ünvanı, nömrəsi istehsal tarixi, son istifadə tarixi və içində istifadə olunan bütün məhsullar tam şəkildə qeyd olunmalıdır. Mütləq şəkildə saxlama şəraiti haqqında məlumat verilmədir və satılan yerdə də həmin saxlama şəraiti qadalarına əməl olunması  da vacibdir. Kefiyyətli kolbasalar bir neçə növdə olur. Bunlar həm bişirilmiş, hisə verilmiş bu şəkildə satılır. Buna görə hər birinin saxlanma müddəti fərqli olur. Mütləq şəkildə həm daşınmada, həm də  satılmada soyuducuda tempratur rejiminin pozulmadan saxlanılmasına diqqət edilməlidir”.

Məhsəti Hüseynovanın sözlərinə görə, kolbasa məhsulların alarkən diqqət edəcəyimiz məqamlardan biri də onun qablaşdırılmasıdır:

“Yəni paketin tamlığı pozulmamalıdır. Üzərində hər hansı bir zədə, nəmlik, yağlılıq və yaxud jeleyə bənzər maddə olmamalıdır. Əgər kəskin ədviyyat iyi gəlirsə, bu onun kefiyyətsiz olduğunun göstəricisidir. Kolbasanı açdıqda quru və ya bircinsli olmasına da diqqət yetirmək lazımdır. Hisə verilmiş yağlı kolbasaların qabığı az bir miqdarda ətə yapışıq şəkildə olsa da, sosislərdə, sardelkalarda yapışmamalıdır. Ətin növünə görə rəngində diqqət edəcəyimiz məqam rəngi ağa çalan, çəhrayı və qırmızı-çəhrayı rənglərdə olur. Əgər qəhvəyiyə çalırsa və ya boz olursa, bu kolbasanın düzgün istehsal olunmadığını və məhsulun xarab olduğunu göstərir. Belə məhsulları almaq tövsiyə olunmur. Eyni zamanda məhsulun içində fərqli ləkələr üzə çıxırsa, buna bir çox hallarda tərkibinə əlavə qida qatqı maddələri, kimyəvi maddələr bunlar da fərqli rənglərdə göy, yaşıl ləkələr görsənir. Bu onun tərkibinə qatılan maddələrin düzgün miqdarda qatılmadığını, daha çox qatıldığını və yaxud da istehsal prosesinin düzgün getmədiyini görsədir. Məhsulun hazırlanmasında əsasən yağlardan istifadə olunur ki, burda da heyvan mənşəli yağdan istifadə edirlər. Bu kefiyyətli kolbasalar da ağ rəngdə görünsə də, kefiyyətsiz kolbosalarda sarı və ovulan şəkildə olur”.

Qida ekspertinin sözlərinə görə, bəzən insanlar yol kənarında, nəzarət olunmayan satış məntəqələrində, küçələrdən ucuz kolbosalar alırlar. Bunlar tamamilə yol verilməzdir:

"Çünki bunlar çox ucuz qiymətə satılsa da, bəzən tərkibi haqqında üzərində məlumat olmur. Belə məhsulları qəbul edən insanlarda ciddi sağlamlıq problemləri olur. Ona görə də mənşəyi bəlli olmayan məhsulları almaq tövsiyə olunmur. 20 yaşa qədər insanlarda inkişaf prosesi getdiyinə görə kolbasa məhsullarını qəbul etməkləri tövsiyə olunan deyil. Çünki bu məhsulların tərkibində mikoorqonizmlərin öldürülməsi üçün istifadə olunan bir çox kimyəvi qatqı maddələr var ki, bunlar insan orqonizmində faydalı bakteriyaların da məhvinə səbəb olur. Bu da immun sisteminin aşağı düşməsinə  və bir çox xəstəliklərə yoluxma riskinin artmasına gətirib çıxardır”.

Kəmalə Vəliyeva