Uşaqlarda müəyyən yaş dövründən sonra qalan vərdişlər- Hansı psixoloji vəziyyətdən xəbər verir?
Bölmə: Sosial › ,Tarix: 19:17 07.11.2024
Uşaqların keçid yaş dövrlərində köhnə vərdişləri tərgidmələri bəzi hallarda problemlərə səbəb ola bilir.
Müəyyən yaş dövründən sonra uşaqların barmaq əmməsi onların hansı psixoloji vəziyyətində hansı problemdən xəbər verir?
Bu barədə psixoloq Aytən Ələkbərova "informator.az"a açıqlamasında bildirib ki , uşağın inkişafı öz fəaliyyəti olmadan mümkün deyil:
"Uşağın idrak qabiliyyəti anatomik, fizioloji xüsusiyyətlərindən asılı olaraq təşəkkül edir. Çünki burda qabiliyyət təbii imkanlardan təşəkkül etsə də, onun inkişaf fəaliyyətindən də asılı olur".
Psixoloqun sözlərinə görə, burada məsələ inkişafın içərisində özünü çətin vəziyyətdə hər hansı bir çətinlikdən necə xilas edə bilməsinin göstəricisidir:
" Apardığım müşahidələr və eyni zamanda mən özüm də beş yaşında məktəbə getmişdim, anamın südü olmadığına görə, çox az ana südü ilə qidalanmışam və demək olar ki, ondan sonra əmziklərdən istifadə edirdim. Daha sonra isə məktəbə getdiyim üçün əmzikdən istifadəni dayandırmalı idim. Mən çıxış yolunu barmaq əmməydə görmüşəm. Deməli, çıxış yolunu hər an tapıb çətinliyin öhdəsindən gələn uşaqlar süddən ayrılandan sonra, əmzikdən ayrılandan sonra barmaq əmməyə başlayırlar. Bu onların ilk çətin anlarıdır".
Çinarə Tarverdiyeva