Qəhvənin orqanizmə təsiri- Diqqət edilməli məqamlar hansılardır?
Bölmə: Sosial › ,Tarix: 17:15 08.11.2024
Kəşf edildiyi gündən bəri çox sevilən qəhvə bir çox şirniyyatlara ləzzət verən bir növ ədviyyat kimi istifadə edilir. Həyatın bir çox qatlarına toxunduğu məqamlarla yanaşı, yuxu prosesi ilə əlaqəsi gündəmi daha çox maraqlandırır.
Qəhvə içmək insanın yuxu prosesinə necə təsir edir?
Bu barədə qida eksperti Elsevər Fərzəliyev "informator.az"a açıqlamasında bildirib ki, qəhvə olduqca yüksək miqdarda polifonel maddəsinə malik bir məhsuldur:
"İnsanın fizioloji halına dərhal təsir edir və yuxunun qaçınmasına səbəb olur. Bir çox hallarda deyirlər ki, qəhvə içirəm və bu məndə yuxu yaradır. Bu heç də belə deyil.
Əlbəttə ki, qəhvədən istifadə zərərli bir hal deyil. Dahi Nizami Gəncəvi belə bir kəlamı var: "bir inci saflığı varsa da suda artıq içiləndə dərd verir o da". Yəni hər şeyin artıq istifadəsi müəyyən fəsadlara yol açır.
Məhz buna görə də belə bir fikir söyləmək olar ki, normal qaydada, insanın günlük qida rasionuna uyğun olaraq, tələb olunan qaydada qəbul olunmuş qəhvə orqanizimin inkşafına müsbət təsir göstərir".
Ekspertin sözlərinə görə, qəhvənin təmiz və təbii olması mütləqdir:
" Qatqısız, tərkibində kimyəvi maddələrdən istifadə olunmayan qəhvə fizioloji təsirə malik funksional qida məhsulu kimi qəbul edilə bilər. Adətən yorğun iş prosesi zamanı yuxu prosesimi tənzimləmək üçün özümdə qəhvədən istifadə edirəm".
Məryəm Zaliyeva