İş yerlərində işçilərə psixoloji dəstək olunurmu?
Bölmə: Sosial › ,Tarix: 18:03 08.11.2024
İş yerlərində çalışanların uzun müddət işləməsi, dolğun iş rejimi və müdirlərlə olan münasibəti onların psixoloji sağlamlığına da təsirsiz ötüşmür.
İşçilər bu durumlarla qarşılaşan zaman hansı tədbirlər görülür?
Bu barədə psixoloq Vəfa Əkbər "informator.az"a açıqlamasında bildirib ki, iş yerində baş vermiş gərginlik və stressin işçiyə qaçılmaz təsirləri olur:
" Bu hallar işçinin məhsuldarlığına da təsir edir. Əgər işdə kollektiv arasında birlik, mükafatlandırma yoxdursa bu bir müddət sonra həmin işçinin işdən yayınmasına, işə getməmək üçün bəhanələr axtarmasına səbəb olur. İnsanın özünü əzgin, yorğun hiss etməsi, başağrısı, ürəybulanması kimi hallarla rastlaşdırır".
Psixoloqun sözlərinə görə, bu hallar həmin işçinin işini doğru şəkildə yerinə yetirməməsinə gətirib çıxarır:
" Bu hallarda ilk növbədə müdir tədbir görməlidir. Hər bir iş yerində insan resursları kadrı var ki, işçilərlə bu barədə o məşğul olmalıdır. Eləcə də motivasiya olmalıdır. Motivasiya olmayan yerde iş müsbətə köklənə bilməz".
Fidan Fərhadlı