"Diqqət dağınıqlığı" yoxsa B12 çatışmazlığı?
Bölmə: Sosial › ,Tarix: 18:38 08.11.2024
"Diqqət dağınıqlığı hiperaktivlik sindromu-uşaqlarda 4 yaşında, hətta daha aşağı yaşda həddindən artıq hərəkətliliyi ilə diqqəti çəkir. Yetkinlik yaşlarında hərəkətlilik bir qədər azalır. Aktivlik azalsa da, fikir dağınıqlığı, plan qura bilməməsi həmişə davam edir"
Bu sözləri "informator.az"a açıqlamasında psixoloq Samirə Bağırova deyib. S.Bağırova, sindromun əlamətlərindən də danışıb:
"Diqqət dağınıqlığı əlamətləri:
1.Mənasız, heç də maraqlı olmayan şeylərə qarşı marağın yaranması
2.Asan şeyləri yadda saxlamaqda əziyyət çəkmək
3.Qarışıq fikirlər
4.Səbrsizlik, daralma, tükənmə
5.Bədənin aktiv şəkildə hərəkətliliyi. Oturduğu yerdə ayaq, əl yelləməsi
6.Obssesiv təkrarlanan düşüncələr, yaxud qarışıq fikirlər
7.Başlanan işi sona çatdıra bilməmək.
8.Həmişə daxili gərginlik var, sanki harasa tələsmə hissi
9.Əhval-ruhiyyə dəyişkənliyi
10.Hədəf ya plan qura bilməmək
11.Düşünmədən danışmaq və pis vəziyyətdə qalmaq
12.Qavramaq, dərk etməkdə çətinlik çəkmək
13.Birinin danışığını dinləyə bilməmək
14.Üzərinə düşən vəzifəni yerinə yetirə bilməmək və tez-tez şəxsi əşyalarının itməsi və.s buna aiddir"
Psixoloq S.Bağırova diqqət dağınıqlığının müalicə üsullarından da bəhs edib:
"Sindromu mütləq psixiatr dəyərləndirməli və dərman müalicəsi, psixoterapevtik çalışmaları davam etməlidir. Sindromlu şəxs davranış və düşüncələrini kontrol etməyi öyrənməlidir. Valideyn və müəllim dəstəyi isə çox önəmlidir".
Aysel Ağakərimova