Tibbi yardımın insan həyatında əhəmiyyəti- Tibbi sığorta nədir?
Bölmə: Sosial › ,Tarix: 19:51 08.11.2024
Tibbi yardımın göstərilməsi haqqında müqavilələr, əslində, Mülki Məcəllədə öz əksini tapan tapşırıq müqavilələrinin bir növüdür.
Bəs tibbi müqavilə nədir və əhəmiyyəti nədir?
Bu barədə tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, tibbi yardım müəssisələrində tibbi sığortadan istifadə oluna bilir:
"Tibbi yardım dedikdə misal üçün, Təbib var, Səhiyyə Nazirliyi var. Təbibin müəssələlərində tibbi sığortadan istifadə olunur.
Əgər, xəstə Təbiblə əlaqədar tibbi sığorta ilə bağlı, Səhiyyə müəssəsinə gedir və orada həmin xəstəyə aid olan, müayinə yoxdursa, həmin yaşadığı yerdə Təbibin orada ki, özəl şirkətlə müqaviləsi varsa, həmin müqaviləyə əsasən, həmin şəxs özünün müalicəsini, sağlamlığı ilə probelmlərini həll edə bilər. Həmin müqavilə yoxdursa, artıq, xəstə Tibbi sığortadan istifadə edə bilmir".
Tibb eksperti sözlərində təcili yardımın həyati əhəmiyyətini də vurğulayıb :
"Həkimlik yeganə sənətdir ki, Allahın yaratdığı insanı eynilə insanın həyatını təhlükədən hətta, ölümdən xilas edir. İnsanların özlərin də, görə bilmədiyi xəstəlikləri, həkimlər görə bilir. Xəstə müraciət edəndə, həkim həmin xəstəlik haqqında məlumat toplamaqla xəstənin özünün bilmədiyi xəstəliyi ortaya çıxarır. Bütün bunların hər birinin fonunda insanın sağlamlığını qoruya bilir. Tibbi ilkin yardımda, məsələn, insanın nəfəs problemi ola bilər, təcili nəfəs oyatma aparından istifadə edilir. Ağrı ola bilər ki, bunu da, dərmanlarla müayinə etmək olar. Ağrı şokundan xəstə özünü itirə bilər, bu zaman həkimlər tibbi yardım etməklə, insanı həyata qaytarır. Təzyiq yuxarı qalxır, həkim tibbi yardımla onu normal hala gətirir. Bütün bunların hər birinin önündə, həkimin biliyi, tibbi yardımı hansı məqamda və nə cür etmək dayanır".
Nigar Səmədli