Qazlı içkilərə tələbat ARTIR: Orqanizmə hansı zərərləri var?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 16:16 11.11.2024

Son zamanlarda insanlar arasında kiçikdən böyüyə qazlı içkilərə tələbat artıb. Valideynlər isə uşaqlara bu içkiləri verməkdə tərəddüd edirlər. Eyni zamanda tərkibindəki dadlandırıcılar sayəsində insanı özünə cəlb edir.

Bəs, qazlı içkilər əslində orqanizmə necə təsir edir?

Mövzu ilə bağlı Qida mütəxəssisi Ağa Salamov “informator.az”a açıqlamasında sözügedən içkilərin zərərlərindən danışıb:

"Fosfor turşusu tərkibli rəngli qazlı içkilər uşaqlarda sümük inkişafının qarşısını alır. Bunu valideynlər bilməlidir və uşaqlara pediator 1 yaşından 11 yaşına qədər pediatr məsləhəti ilə şirələr verməlidir. Uşaqları rəngli-qazlı içkilərdən uzaqlaşdırmaq lazımdır. Ailədə tərbiyə almalıdır və milli mətbəximizin təamlarından istifadə etməlidirlər.

Bu içkilərin tərkibində fosfor olduğu üçün mədə turşusunun çoxalması, mədə xorasının yaranmasına səbəb olur. fosfor turşusu tərkibində var. Niyə fosfor turşusu vururlar? Çünki şəkər çox olduğuna görə şəkəri balanslaşdırmaq üçün fosfor turşusu vurulur. Bu da yaşlılarda sümük əriməsinə gətirib çıxardır, uşaqlarda da sümük inkişafının qarşısını alır”.

 

Kəmalə Vəliyeva