Moskvada "Dəyişən Dünyada Medianın İnkişafı" başlıqlı media formu başlayıb
Bölmə: Sosial › ,Tarix: 20:24 11.11.2024
Rusiyanın paytaxtı Moskva şəhərində"Россия сегодня" qrupunun təşkilatçılığı ilə "Dəyişən Dünyada Medianın İnkişafı" başlıqlı MDB dövlətlərinin üçüncü media formu başlayıb.
Plenar iclasın mövzusu müasir mediada qəzetlərdən, jurnallardan süni intellekte qədərki transformasiyadan ibarətdir.
Məsələ ilə bağlı BDU-nun Multimedia və elektron kommunikasiya kafedrasının müdiri, əməkdar jurnalist, professor Qulu Məhərrəmlinin "informator.az"a açıqlamasında Rusiyanın paytaxtında medianın inkişafı ilə bağlı belə bir tədbirin keçirilməsinin müsbət hadisə olduğunu bildirib.
Onun sözlərinə görə, texnologiyaların əsir aldığı dünyada medianın inkişafı haqqında fərqli mülahizələr mövcuddur:
"Rusiya burda özəllik təşkil edir, ona görə ki, azad jurnalistika, azad mətbuat, azad televiziya ilə bağlı problemlər var. Ona görə belə bir ölkədə dəyişən dünyanın media problemlərinin müzakirə olunması xüsusi əhəmiyyət daşıyır. Yəni media azad deyilsə, cəmiyyətin heç bir problemləri həll edilmir. Media əgər hakimiyyət orqanlardan asılıdırsa heç nəyi dəyişə bilməz. Buna görə də biz təkcə yaxşı nümunələrdən yox, sözün həqiqi mənasında pis nümunələrdən də öyrənməliyik ki, bu problemləri aradan qaldırmağa nail olaq",-deyə o əlavə edib.
Professorun sözlərinə görə, azad media təbliğatın təsiri altındadırsa, o cəmiyyətdə həqiqətləri demək çətin işdir:
"İnternet kimi böyük bir platformanın ortada olmağı, onun media profillərinin yüksək dərəcədə inkişaf etməsi ümidlər yaradır.
Söhbət , Youtube kanalları, böyük internet saytları, azad media platformalarından gedir.
Burada nəyinsə, dəyişməsi ümumi sistemə təsir edə bilər. Çünki internet civə kimidir, onu saxlamaq qeyri-mümkündür. Ona görə də, orda müəyyən media tendensiyalarını rahat görmək olar. Bu baxımdan həm Rusiyada, həm MDB məkanında bu cür ümidverən internet platformaları var ki, cəmiyyətin sabahı onlarla bağlı ola bilir. Bütün hallarda orda verilə biləcək qərarlar medianın inkişafına o qədərdə təsir etməyəcək. Amma tendensiyaların təsbit olunması, bugünki medianın hansı problemlərlə üz-üzə qalması, onun cəmiyyətin psixologiyasına təsiri, süni intellektin gətirib çıxardığı qəribəlikləri aşkara çıxartması çox maraqlıdır",-deyə o, fikirlərini yekunlaşdırıb.
Fidan Fərhadlı