Əl və ayaqlarımız niyə həmişə soyuq olur?

Bölmə: Sosial › ,
Tarix: 20:43 11.11.2024

Mövsümi dəyişikliklərlə əlaqədar havalar gün keçdikcə soyuyur. Havaların soyuması ilə əksər insanlarda əl və ayaqlarda da soyuma müşahidə olunur. Çox insan buna əhəmiyyət vermir, ciddiyə almırlar. Lakin sözügedən amillər bir sıra problemlərdən xəbər verə bilər.

 

 

Bəs insanlarda əl və ayaqların daim soyuq olmasının səbəbi nədir?

 

Mövzu ilə bağlı tibb üzrə ekspert Aydın Əliyev "informator.az"a açıqlamasında bildirib ki, əllərin üşüməsi , onların qanla təhcizatının pozulmasından irəli gəlir:

 

 "Amma bütün fəsillərdə əllərin daimi üşüməsinin səbəbi qan azlığının göstəricisidir. Dəmir çatışmazlığı, B6 vitamin çatışmazlığı, B12 vitamin çatışmazlığı, fol turşusunun çatışmazlığı qan azlığını göstərir. Bundan əlavə, qalxanvari vəzinin hipofunksiyası zəifliyəndə tiroksin, yod azalanda da həmişə üşümə halları ola bilər. Qan azlığı və sadaladığımız bu hormonal çatışmazlığlar səbəbindən insanın əllərinin qidalanması pozulur. Qidalanma pozulan zaman isə təbii ki, bədəndə qan yaxşı işləmir, hüceyrələr düzgün qidalanmır, onların hərəkəti pozulur. O zaman da, əllərdə soyuqluq hiss olunur.

Sinir xəstəlikləri ilə əlaqədar sinir tənzimlənmələri pozulanda da  əl və ayaqların üşüməsi müşahidə oluna bilər".

 

Həkimin sözlərinə görə, bəzi dəri xəstəlikləri də buna səbəb ola bilər:

 

" Xəstəlik əgər mövsümi xarakter daşıyırsa, normal hesab oluna bilər, amma bütün fəsillərdə də üşümə hiss olunursa, o zaman dərhal həkimə müraciət olunmalıdır".

 

Mehriban Nəsibova