Çay içməyin faydaları: Nələrə diqqət etməliyik?-Mütəxəssis AÇIQLAYIR

Bölmə: Sosial › ,
Tarix: 16:37 12.11.2024

"Kefiyyətli, mənşəyi bəlli olan çayların insan orqanizminə bir çox faydası var. Lakin kefiyyətli olsa da, çayın saxlanma qabına, saxlanma şəraitinə, dəmləmə üsuluna diqqət yetirmək lazımdır".

Bu sözləri "informator.az"a açıqlamasında Qida təhlükəsizliyi Hərəkatının rəhbəri, Sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova söyləyib. Ekspert çay seçərkən diqqət edilməli məqamlardan bəhs edib:

"Çay seçərkən ilk çayın ətrinə baxmaq lazımdır. Əgər ətri mülaim və zəif hiss olunursa, bu onun təbii olduğunu göstərir. Çayın qurudulmasına və rənginə görə çay fərqli olur. Əgər kəskin qara tünd rənglidirsə, bu ona əlavə boyaların qatıldığını göstərir. Ətri həddindən artıq çox gəlirsə və uzun müddət ətri dəyişmirsə, bu onda əlavə kimyəvi qatqıdan istifadə olunmasının göstəricisidir. Və dəmlənmə zamanı anında çay rəngi suya çıxırsa, bu kimyəvi qatqı maddələrindən istifadə olduğunun göstəricisidir. Bu da bir çox insanlarda allergiyaya səbəb ola bilər. İmmun sistemi zəif olan insanlarda da həzm sisteminin pozulmasına, qaraciyərin və böyrəklərin funksiyasının pozulmasına gətirib çıxara bilər. Ona görə də çay alarkən mütləq şəkildə kefiyyətli olduğuna diqqət etməliyik. Bəzən çaylara əlavə olunan təbii ətirləndiricilər var: qurudulmuş meyvələr, çiçəklər, bitkilər, xüsusilə, sitrus bitkilərindən daha çox istifadə edirlər. Çünki onların aroması uzun müddət təbii şəkildə qalır. Kəklikotu, darçın , mixək, zəncəfil, itburnu bu bitkilərdən də çayı dəmlədikdə çaya əlavə edə bilərik. Bunlar kefiyyətlidir. Çay alarkən əgər qablaşdırmada zədə, kəsilmə, deşilmə və ya oksigenlə təmas edən zədə varsa, bu çayı almaqdan qaçınmaq lazımdır. Çünki çayın içinə daxil olan hava onun tərkibinin dəyişməsinə gətirib çıxardır".

Mütəxəssis çayın istifadə edilməsi zamanı mühüm tövsiyələr verib:

"Dəmləyərkən əgər onun tərkibindəki faydalı elementlərin qalmasını istəyirsinizsə, təxminən 85 dərəcəyədək qızdırılmış suda dəmləmək  və 7-8 dəqiqə dəmlənməsini gözləmək lazımdır. 30-35 dəqiqədən artıq qalan dəmlənmiş çayların içilməsi tövsiyə olunmur. Günün 1-ci yarısında içilən çay orqanizmi daha enerjili, gümrah edir. Çay yeməkdən 1 saat əvvəl içilsə, insan orqanizminə daha yaxşıdır. Yemək yeyəndən dərhal sonra çay içmək tövsiyə olunmur. Gün ərzində 2-3 fincandan artıq çay içmək olmaz. Əgər artıq içilsə, çayın tərlibindəki kofein və tain turşusu var ki , bu mədə şirəsinin artmasına və mədə də yanğı, qıcqırma və narahatlıq hissinə gətirib çıxara bilər. Ona görə də, çayı lazım olunduğundan artıq qəbul olunması tövsiyə olunmur”.

Kəmalə Vəliyeva