Gənclərin idmana yönəlməsi - əsas məqamlar hansılardır?
Bölmə: Sosial › ,Tarix: 16:44 12.11.2024
İdman sağlamlıqdır. İdman sağlamlığı yalnız fiziki cəhətdən deyil, eyni zamanda zehni və emosional cəhətdən də dəstəkləyir. Sağlam qalmaq üçün idman gündəlik həyatımızın bir parçası olmalıdır. İdmanın bildiyimiz və ya bilmədiyimiz faydaları gənclərin həyatını daha sağlam, daha xoşbəxt və daha uğurlu edə bilər.
Bəs gənclərin idmana marağını artırmaq üçün hansı tədbirlər görülməlidir?
Məsələ ilə bağlı jurnalist Ceyhun Rzayev ”İnformator.az”a açıqlamasında bildirib ki, mən məsələyə uşaqların idmana marağını artırmaq üçün hansı tədbirlər görülməlidir prizmasından yanaşmağın tərəfdarıyam:
"Məncə burda daha çox valideynlərə iş düşür, çünki, demək olar ki, bütün idman növləri üzrə bizdə tək Bakıda yox, bölgələrdə belə bölmələr mövcuddur.
Olimpiya idman kompleksləri məsələn, rayonlarda var, demək olar ki, bütün əksər idman növləri üzrə bölmələr var.
Valideynlər uşaqları idmana yönətməlidirlər, bu marağı yaratmalıdırlar. Burda həm də genetik faktoru rol oynayır yəni ki, məsələn, valideyn hansısa bir idman həvəskarıdırsa evdə, televizorda idmana baxırsa uşaq artıq gözünü açıb görür ki, valideyninin marağı var və istər istəməz onda da maraq yaradır".
Jurnalist sözlərində , uşaqların həm də fiziki quruluşuna və istedadına uyğun idman növlərinə onları düzgün yönəltməyin əhəmiyyətini də vurğulayıb:
" Məsələn, çox hündürboy uşaqdırsa bunu güləşə aparıb və ya cüdoya yazdırmaq lazım deyil, hündürboy hansı idman növlərində sənə daha çox uğur qazandıra bilərsə onu seçməlidirlər.
Basketboldu, voleyboldu, tayekvandodu, boksdu yəni hündürboy uşağı bu idman növlərinə yönəltmək lazımdır.
Mən bəzən görürəm ki, elə götürüm 2m, 2m.5sm boyunda insan heç vaxt idmanla məşğul olmurlar. O qədər heyifsilənirəm ki, halbuki o, idmana gedib uğur qazana bilərdi.
Ona görə mən düşünürəm ki, burada yəni bizim ölkədə, bütün sahələr mövcuddur. Sadəcə valideynlər övladlarını düzgün idman növünə onun bacarığına, istedadına uyğun yönəltməlidirlər".
Aytac Mustafayeva