Əmək bazarlarındakı gender bərabərsizliyi- maaş fərqi hansı səbəbdən yaranır?
Bölmə: Sosial › ,Tarix: 17:28 12.11.2024
Bu gün əmək bazarında qadınların üzləşdiyi çətinliklər və gender əsaslı maaş fərqləri göz önündədir.
Bəs gender əsaslı maaş fərqi hansı səbəblərdən yaranır?
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli "informator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda xanımların çalışdığı yerlərdə maaşların aşağı olmasının öz spesfik xüsusiyyətləri var:
"Bizdə xanımların daha çox çalışdığı peşələr təhsil sahəsidir. Təhsil sahəsində isə ümumiyyətlə maaşlar aşağıdır. Yəni, Azərbaycanda müəllimlərin 90%-ə yaxını xanımlardan ibarətdir. Orda isə əmək haqqları çox aşağıdır.
Lakin, ümumilikdə bu problem təbii ki, var. Əsasəndə özəl sektor sahələrində özünü biruzə verir".
İqtisadçının sözlərinə görə, özəl sektor çalışanları, sahibkarlar belə izah edirlər ki, xanımları overtime işlətməyə, zamanından artıq işləməyə çağırış etmirlər:
" Amma kişilərdə daha rahatdır. Çünki, onlar daha çox saat işləyərək daha çox pul qazanmaq istəyirlər.
Amma xanımların ailə qayğıları kimi, uşaqlara baxmaq kimi problemləri olur.
Beləliklə əsas problem ölkədə əmək bazarındakı disbalansdır. Yəni xanımların çalışdığı sahələr səhiyyə, təhsil sahəsi olsun orada maaşların səviyyəsi həddindən artıq aşağıdır".
Elnurə Kərimova