Ət istifadəsinin həddindən artıq olması orqanizmə necə təsir edir?
Bölmə: Sosial › ,Tarix: 14:07 13.11.2024
Ət və ət məhsulları zülal və digər insan orqanizmi üçün əhəmiyyət kəsb edən vitamin və minerallar mənbəyidir.
Lakin onun həddindən artıq istifadəsi bir sıra sağlamlıq problemlərinə səbəb ola bilər.
Ət istifadəsinin həddindən artıq olması orqanizmə necə təsir edə bilər?
Məsələ ilə bağlı həkim Adil Qeybulla "İnformator.az"a açıqlamasında bildirib ki, mədə - bağırsağın düzgün işləməməsi, özü də bir çox problemlər yarada bilər:
"Vitaminlərin, zülalların, karbohidratların, yağların və xüsusilə də, doymamış yağların orqanizmə qəbulu müəyyən bir dozada olmalıdır. Buna riayət eləmək vacibdir. Orqanizmdə, əksər vitaminlər, amin turşular, karbohidratlar, yağlar biri digərinə keçə bilər. Doymamış yağ turşuları, əvəzolunmaz amin turşuları mütləq orqanizmə xaricdən gəlməlidir. Minerallar orqanizmə mütləq xaricdən gəlməlidir. Zülal yalnız ətdə deyil, bir çox qidalarda da var".
Həkim sözlərində, qidaların sintenizinə diqqət etməyimizin əhəmiyyətini də qeyd edib:
"Ət daha çox zülallar və digər maddələrlə zəngindir. Biz qida qəbul etməyimizlə yanaşı qidaların sərfinə də, diqqət etməliyik. Qəbul olunan qidayla sərf olunanlar arasında balans olmalıdır. Qidalanma mədəniyyəti bizim həyatımızda çox vacibdir. Bu, mədəniyyət bizim əməl edə bilmədiyimiz, etmək istədiyimiz amillərdən biridir. Millət olaraq qida mədəniyyətinə çox ciddi yanaşmalıyıq. Bu, yalnız qida mədənəyyəti ilə bağlı deyil, bütövlükdə, həyat tərzi ilə bağlı məsələdir".
Nigar Səmədli